Məryəm - 19:68          
          
                        Rəbbinə and olsun, onları və şeytanları toplayacağıq. Sonra onları cəhənnəmin ətrafına gətirəcəyik. Diz çökmüş halda...          
        
        
          Hər kəs Cəhənnəmi görəcək:        
      
                  
                    
                      Rahmən/55:31                    
                  
                  
                                        Ey məsuliyyət sahibi olan iki topluluq, sizi əlbəttə sorğu-suala çəkəcəyik.                  
                
                
              
                  
                    
                      Casiyə/45:28                    
                  
                  
                                        Hər camaatı diz çökmüş halda görərsən. Hər camaat öz kitabına çağrılar: "Bu gün sizə, etdiklərinizin qarşılığı ödənəcəkdir."                   
                
                
              
                  
                    
                      Təkasur/102:4                    
                  
                  
                                        Əlbəttə, yaxında biləcəksiniz.                   
                
                
              
                  
                    
                      Təkasur/102:5                    
                  
                  
                                        Doğrusu, qəti olaraq bilsəydiniz,                  
                
                
              
                  
                    
                      Təkasur/102:6                    
                  
                  
                                        Cəhənnəmi görərdiniz.                  
                
                
              
                  
                    
                      Təkasur/102:7                    
                  
                  
                                        Onsuz da, onu gözünüzlə qəti olaraq görəcəksiniz.                  
                
                
              
                  
                    
                      Təkasur/102:8                    
                  
                  
                                        Sonra, o gün (sizə verilən) nemətlərdən sorğu-sual olunacaqsınız.