Ta ha - 20:106          
          
                        "Yerlərini dümdüz, bomboş edəcəkdir."           
        
        
          Dünyanın sonunda dağların vəziyyəti:        
      
                  
                    
                      Kəhf/18:47                    
                  
                  
                                        Dağları silib götürdüyümüz və yeri çılpaq buraxdığımız gün onları toplayarıq; bir dənəsini belə buraxmadan.                  
                
                
              
                  
                    
                      Vaqiə/56:4                    
                  
                  
                                        Yerin sallanıb (silkələnib) sarsılacağı,                  
                
                
              
                  
                    
                      Vaqiə/56:5                    
                  
                  
                                        Və dağların parça-parça ediləcəyi zaman,                  
                
                
              
                  
                    
                      Vaqiə/56:6                    
                  
                  
                                        Artıq o toz-duman halına gəlmişdir.                  
                
                
              
                  
                    
                      Haqqə/69:14                    
                  
                  
                                        Yer və dağlar qaldırılıb bir-birinə çırpılıb darmadağın edildiyi zaman,                   
                
                
              
                  
                    
                      Muzzəmmil/73:14                    
                  
                  
                                        Gün gələr, yer və dağlar titrəyər və dağlar dağılan qum yığınına dönüşər.                   
                
                
              
                  
                    
                      Mursəlat/77:10                    
                  
                  
                                        Dağların ovxalanıb sovurulduğu,                  
                
                
              
                  
                    
                      Məaric/70:9                    
                  
                  
                                        Dağlar isə atılmış yun kimi olar.                   
                
                
              
                  
                    
                      Ta ha/20:105                    
                  
                  
                                        Səndən dağları soruşarlar. De ki, "Rəbbim onları ovxalayıb sovuracaq."                   
                
                
              
                  
                    
                      Ta ha/20:106                    
                  
                  
                                        "Yerlərini dümdüz, bomboş edəcəkdir."                   
                
                
              
                  
                    
                      Ta ha/20:107                    
                  
                  
                                        "Orada nə xırda bir əyrilik, nə də kiçik bir təpə görəcəksən."                  
                
                
              
                  
                    
                      Qariə/101:5                    
                  
                  
                                        Dağlar da atılmış yun kimi olar.                  
                
                
              
                  
                    
                      İnşiqaq/84:3                    
                  
                  
                                        Yer dümdüz edildiyi,                     
                
                
              
                  
                    
                      Tur/52:10                    
                  
                  
                                        Dağlar hərəkətə gətirilib silinəcək,