Ta ha - 20:37
"Sənə bir dəfə də lütf etmişdik."
Rəbbimizin Musa peyğəmbərə lütfü ilə əlaqli:
Qasas/28:7
Musanın anasına: "Onu əmizdir, ancaq nə zaman onun can güvənliyindən narahat olarsansa onu çaya at. Qorxma, üzülmə. Biz onu sənə döndərəcək və onu elçilərdən biri edəcəyik," deyə vəhy etdik.
Qasas/28:8
Nəhayət Fironun ailəsi, özləri üçün bir düşmən və üzüntü qaynağı olacaq o körpəni götürdü. Firon, Haman və orduları günahkarlar idilər.
Qasas/28:9
Fironun arvadı, "Gözümüz aydın olsun. Onu öldürmə. Bəlkə bizə faydası toxunar, yaxud onu övlad seçərik." Heç bir şeydən xəbərləri yox idi.
Qasas/28:10
Musanın anasının könlü bomboş səhərə çıxdı. İman etməsi üçün könlünə qüvvət verməsəydik, az qala vəziyyəti açığa çıxaracaqdı.
Qasas/28:11
(Anası onun) bacısına, "Onu təqib et," dedi. O da kimsə hiss etmədən uzaqdan təqib etdi.
Qasas/28:12
Öncədən, onun süd analarını qəbul etməməsini təmin etdik. Nəhayət (bacısı), "Sizin üçün onun qayğısına qalmağı öhdəsinə götürəcək və onunla yaxşı davranacaq bir ailəni göstərimmi?" dedi.
Qasas/28:13
Beləcə onu anasına döndərdik ki, gözü aydın olsun, üzülməsin və Allahın sözünün gerçək olduğunu bilsin. Halbuki çoxları bilməz.