Ta ha - 20:86 Musa, qəzəbli və məyus halda xalqının yanına döndü və, "Xalqım, Rəbbiniz sizə gözəl bir söz verməmişdimi? Gözləyə bilmədinizmi? Yoxsa Rəbbinizin qəzəbinə uğramaq üçünmü mənimlə etdiyiniz sözləşməni pozdunuz," dedi.
İsrail oğullarından alınan sözün təfsilatı:
Bəqərə/2:83 İsrail oğullarından bu cür söz almışdıq: “Allahdan başqasına qulluq/xidmət etməyəcəksiniz, anaya, ataya, yaxınlara, yetimlərə və yoxsullara yaxşılıq edəcəksiniz. İnsanlarla dost kimi danışacaqsınız. Namazı qoruyacaq və zəkatı verəcəksiniz!” Fəqət bundan sonra az bir qisminiz istisna olmaqla, üz çevirib döndünüz.
Bəqərə/2:84 “Bir-birinizin qanını tökməyəcəksiniz və bir-birinizi yurdlarınızdan çıxarmayacaqsınız!”– deyə də sizdən söz almışdıq. Bunu qəbul etmiş və şahid olmuşdunuz.
Bəqərə/2:63 Sina dağını üzərinizə qaldıraraq bir zamanlar sizdən söz almışdıq: “Sizə verdiyimizə qüvvətlə sarılın, içindəkiləri xatırlayın ki, qorunasınız,” demişdik.
Bəqərə/2:64 Fəqət bundan sonra da üz çevirdiniz. Allahın sizə bol neməti və mərhəməti olmasaydı ziyana uğrayardınız.
Bəqərə/2:93 Bir vaxt üzərinizə Tur dağını qaldırıb sizdən söz almışdıq: “Sizə verdiyim əmrlərə möhkəmcə sarılın və dinləyin!” Fəqət “Dinlədik və qarşı gəldik,” - dedilər. İnkar etmələrinə görə qəlbləri buzov ilə aldandı. De ki: “İman etmişsinizsə, inancınız sizə necə də pis yön verir!”

Nisa/4:154 Onlardan söz alarkən Sina Dağını üzərlərinə yüksəltdik. Onlara, "Qapıdan təvazökar olaraq daxil olun," - dedik. Onlara, "Şənbə gününün qadağasını pozmayın," - dedik; onlardan sağlam bir söz aldıq.

Maidə/5:70 İsrail oğullarından söz almış, onlara elçilər göndərmişdik. Hər nə vaxt xoşlarına gəlməyən bir şeylə onlara bir elçi gəldisə, bir qismini yalanlayıb, bir qismini də öldürdülər.

Əraf/7:171 Dağı bir çətir kimi üzərlərində sallamışdıq. Belə ki, təpələrinə düşəcəyini sanmışdılar: "Sizə verdiyimə möhkəmcə sarılın. Qurtula bilməniz üçün məzmunu üzərində düşünün."