Ənbiya - 21:103 O ən böyük qorxu onları üzməz. Mələklər onları qarşılayıb deyərlər: "Bax bu, sizə söz verilən gününüzdür!"
Mələklərin iman edənləri cənnətdə qarşılamaları:
Zumər/39:73 Rəblərinə ehtiram edib dinləyənlər isə dəstə-dəstə cənnətə götürülərlər. Oraya yetişdiklərində onun qapıları açılar və gözətçiləri onlara, "Sizə sülh olsun; qazandınız. Haydı, təməlli qalmaq üçün oraya daxil olun," deyərlər.

Nəhl/16:32 Yaxşı vəziyyətdə ikən mələklər canlarını almağa gəldiklərində, "Sizə salam olsun! Etdiklərinizin qarşılığı olaraq cənnətə girin!" deyərlər.

Hicr/15:45 Müttəqilər isə bağçalar və çeşmələr içindədir.

Məryəm/19:60 Tövbə edən, iman edən və müttəqi davrananlardan başqa. Onlar ən xırda bir haqsızlığa uğramadan cənnətə girərlər.
Məryəm/19:61 Rəhmanın qulları üçün söz verdiyi, hislərdən kənar Ədn cənnətlərinə... Onun sözü, şübhəsiz yerinə yetəcəkdir.
Məryəm/19:62 Orada boş söz eşitməzlər; sadəcə sülh... Ruzilərini də səhər-axşam alarlar.

Sad/38:50 Və qapıları onlara açılmış Ədn cənnətləri vardır.

Rad/13:23 Ədn cənnətlərinə girərlər. Atalarından, zövcələrindən və soylarından yaxşı olanlar da onunla bərabərdir. Mələklər də hər qapıdan yanlarına daxil olarlar.
Rad/13:24 "Səbr etdiyinizə görə salam (sülh, hüzur) sizə olsun. Bu necə də gözəl son məskəndir."

Qaf/50:34 Oraya sağ-salamat daxil olun; bu, əbədi həyat günüdür.

Ənbiya/21:103 O ən böyük qorxu onları üzməz. Mələklər onları qarşılayıb deyərlər: "Bax bu, sizə söz verilən gününüzdür!"