Ənbiya - 21:33
O yaratdı, gecəni, gündüzü, günəşi və ayı. Hər biri bir orbitdə üzüb getməkdədir.
Günəşi və ayı əmri altına almışdır:
Loğman/31:29
Allahın gecəni gündüzün içinə saldığını, gündüzü də gecənin içinə saldığını, günəşi və ayı kontrolu altında saxladığını, hər birinin müəyyən edilmiş bir müddətə qədər axıb getməkdə olduğunu və Allahın onların etdiklərindən xəbərdar olduğunu görmürsünüz?
Ya sin/36:40
Nə günəş aya yetişə bilər, nə də gecə, gündüzü keçə bilər. Hər biri bir orbitdə üzüb getməkdədir.