Ənbiya - 21:43 Yoxsa onları Bizə qarşı qoruya biləcək tanrılarımı var?  Halbuki, onlar özlərinə belə yardım edə bilməzlər və Biz də sahib çıxmarıq.
Qəbul etdikləri Tanrıları, onları Allaha qarşı müdafiə edə bilməz/qoruya bilməz:
Hud/11:100 Sənə bu nəql etdiklərimiz, o məmləkətlərin xəbərlərindəndir. Onlardan bəzisi hələ də ayaqdadır, bəzisi də biçilmişdir (məhv edilmişdir).
Hud/11:101 Biz onlara zülm etmədik, onlar özləri özlərinə zülm etdilər. Rəbbin əmri gəldiyi zaman, Allahdan başqa yalvardıqları tanrıları onları heç bir şeydən qurtara bilmədi. Əslində, onların yalnızca ziyanlarını artırdı.

Rad/13:11 (Onların hər biri üçün) önündən və ardından nöbələşərək izləyənlər vardır. Onu Allahın əmri ilə qoruyurlar. Bir topluluq özünü dəyişdirmədikcə Allah onların durumunu dəyişdirməz. Allah bir topluluq üçün fənalıq istədisə, heç bir güc onu durdura bilməz; onların Ondan başqa bir qoruyub müdafiə edənləri də olmaz.

Əhqaf/46:27 Çevrənizdəki neçə-neçə şəhərləri də məhv etdik. Dönərlər deyə onlara ayələri açıqlamışdıq.
Əhqaf/46:28 Allahdan başqa, Ona yaxınlaşmaq məqsədi ilə seçdikləri tanrılar onlara yardım etməli deyildimi? Əksinə, onları tərk etdilər. Məhz onların yalanları və uydurmaları belədir.