Həcc - 22:17
İman edənlər, yəhudilər, din dəyişdirənlər, xristianlar, atəşpərəstlər (zərdüştilər) və ortaq qoşanlar... Allah Dirilmə günü aralarında hökm verəcəkdir. Allah hər şeyə Şahiddir.
Cəmiyyətlərin Yəhudi, Xristian və Müsəlmanlardan ibarət olması, Allahın insanları bir-biri ilə sınamaq məqsədli planına görədir:
Bəqərə/2:148
Hər birinizin seçdiyi bir yön və üsul var; siz yaxşılıqda yarışın. Harada olursunuz olun Allah sizi bir araya gətirər. Allah əlbəttə hər şeyə gücü yetəndir.
Həcc/22:34
Onlara kənd təsərrüfatı heyvanlarını ruzi olaraq verməsindən ötrü, Allahın isimini xatırlamaları üçün, hər topluluğa ayrı bir ibadət forması müəyyən etdik. Tanrınız tək bir tanrıdır. Sadəcə Ona təslim olun. İtaət edənlərə müjdə ver.
Ənbiya/21:111
"Heç bilmirəm; bəlkə sizin üçün bir sınaq və müəyyən bir müddətə qədər bir həzz almaq vəsiləsi olar."
Furqan/25:20
Səndən öncə göndərdiyimiz bütün elçilər də yemək yeyərdilər, bazarlarda gəzib-dolaşardılar. Sizi bir-biriniz üçün bir sınaq etdik; səbr edə biləcəksinizmi? Rəbbin Görəndir.
Maidə/5:48
Özündən öncəki kitabları təsdiqləyən, onların yerinə keçən bu kitabı, gerçəklərlə əhatə olunmuş olaraq sənə nazil etdik. Allahın sənə nazil etdiyi ilə aralarında hökm ver. Sənə gələn gerçəkləri buraxıb onların həvəsinə uyma. Hər biriniz üçün bir qanun və üsul müəyyən etdik. Allah istəsəydi hamınızı tək bir camaat edərdi. Ancaq, sizə verdikləriylə sizi sınayır. Yaxşılıq etməkdə yarışın. Hamınızın dönüşü Allahadır. Ayrılığa (ixtilafa) düşdüyünüz mövzuları sizə bildirəcək.
Həcc/22:67
Hər bir topluluğu, yerinə yetirmələri üçün bir sıra qayda-qanun ilə mükəlləf etdik. Onun üçün bu mövzuda səninlə mübahisə etməsinlər. Sən Rəbbinə (tərəf) çağır. Şübhəsiz, sən doğru bir yol üzərindəsən.
Maidə/5:43
İçində Allahın hökmü olan Tövrat yanlarında olduğu halda necə olur ki, ondan üz çevirib, səni münsif edirlər? Onlar əslində iman etməyir.
Maidə/5:47
İncil əhli Allahın onda nazil etdiyi ilə hökm versin. Kim Allahın nazil etdiyi ilə hökm verməzsə məhz onlar yoldan çıxanlardır.
Ənam/6:53
Bir-birinizlə beləcə sınadıq ki, "Allahın aramızdan seçib nemətləndirdiyi kəslər bunlardırmı?" desinlər. Allah gözəl qarşılıq verənləri daha yaxşı bilən deyilmi?