Muminun - 23:33 Dünya həyatında onlara həddindən artıq nemətlər bağışlamamıza rəğmən, axirət qarşılaşmasını yalanlayıb inkar edən, xalqının öncüləri belə dedilər: "Bu, yalnızca sizin kimi bir insandır. Sizin yediyinizdən yeyir, sizin içdiyinizdən içir."
Mələklər yemək yeməyən bədənlərdir:
Maidə/5:75 Məryəm oğlu Məsih elçidən başqa bir şey deyildi. Ondan öncə də neçə-neçə elçilər gəlib keçmişdi. Anası da doğru sözlü idi. Hər ikisi də yemək yeyirdi. Ayələrimizi onlara necə açıqladığımıza diqqət et, sonra buna rəğmən necə də üz çevirdiklərini gör!

Hud/11:69 Elçilərimiz İbrahimə müjdəni götürdüklərində "Salam!" (sülh olsun) dedilər. O da "Salam!" dedi və dərhal (onlara) qızardılmış bir buzov gətirdi.
Hud/11:70 Əllərinin ona uzanmadığını görüncə, bu hallarını bəyənmədi; içinə bir qorxu düşdü. "Qorxma," dedilər, "Biz Lutun xalqına göndərilmişik."

Ənbiya/21:7 Səndən öncə, insanlardan başqa elçi göndərmədik; onlara vəhy edirdik. Bilmirsinizsə mütəxəssislərdən soruşun.
Ənbiya/21:8 Onları, yemək yeməyən bədənlər olaraq yaratmadıq. Onlar ölümsüz də deyildilər.

Muminun/23:33 Dünya həyatında onlara həddindən artıq nemətlər bağışlamamıza rəğmən, axirət qarşılaşmasını yalanlayıb inkar edən, xalqının öncüləri belə dedilər: "Bu, yalnızca sizin kimi bir insandır. Sizin yediyinizdən yeyir, sizin içdiyinizdən içir."

Furqan/25:7 Və dedilər, "Necə olur ki, bu elçi yemək yeyir və bazarlarda gəzib-dolaşır? Gərək onunla birlikdə xəbərdarlıq etmək üçün bir mələk nazil olaydı!"
Furqan/25:20 Səndən öncə göndərdiyimiz bütün elçilər də yemək yeyərdilər, bazarlarda gəzib-dolaşardılar. Sizi bir-biriniz üçün bir sınaq etdik; səbr edə biləcəksinizmi? Rəbbin Görəndir.