Nur - 24:47
"Allaha və elçiyə iman etdik və itaət etdik," deyərlər. Fəqət sonra, bunun ardından, onlardan bir qrup üz çevirər; bunlar iman etmiş deyildir.
İkiüzlülər Allahın nazil etdiyindən üz çevirərlər:
Ali İmran/3:23
Kitabdan özlərinə bir pay verilənlərə bax, Aralarında hökm etmələri üçün Allahın Kitabına çağırılırlar, lakin onlardan bir qrup üz çevirib geri dönür.
Ali İmran/3:24
Çünki onlar: “Cəhənnəm bir neçə gündən artıq bizə toxunmayacaq," - dedilər. Uydurduqları şeylər onları dinlərində belə yanıltmışdır.
Nisa/4:61
Onlara, “Allahın nazil etdiyinə və elçisinə tərəf gəlin!”– dedikdə, o ikiüzlülərin (münafiqlərin) səndən elə hey qaçdıqlarını görürsən.
Nisa/4:62
Etdiklərinin nəticəsi olaraq başlarına bir müsibət gəlsə dərhal sənə gələrək, “Məqsədimiz ancaq yaxşılıq etmək və uzlaşdırmaqdı!”– deyə, Allah adına and içərlər.
Nur/24:47
"Allaha və elçiyə iman etdik və itaət etdik," deyərlər. Fəqət sonra, bunun ardından, onlardan bir qrup üz çevirər; bunlar iman etmiş deyildir.
Nur/24:48
Aralarında hökm verməsi üçün Allaha və elçisinə tərəf çağırıldıqları zaman onlardan bir qrupun xoşuna gəlməz.
Nur/24:49
Ancaq qərar onların xeyrinə olarsa, ona könüllü olaraq qaçarlar.
Nur/24:50
Qəlblərində bir xəstəlikmi var? Şübhəmi edirlər? Allahın və elçisinin onlara haqsızlıq edəcəyindənmi qorxmaqdadırlar? Əslində onlar zalımlardır.