Nur - 24:52
Allaha və elçisinə tabe olan, Allaha hörmət edib Onu dinləyən kimsələr üstün gələnlərdir.
Üstün gələnlər:
Maidə/5:119
Allah elan edəcək: "Bu, doğrulara doğruluqlarının fayda verdiyi gündür." Onlar üçün içlərindən çaylar axan və orada sürəkli qalacaqları cənnətlər (bağçalar) var. Allah onlardan, onlar da Ondan razı olmuşdur. Böyük uğur məhz budur...
Buruc/85:11
İman edən və müttəqi davrananlar isə içlərindən çaylar axan cənnətlərə layiqdirlər. Böyük uğur budur.
Saff/61:12
Günahlarınızı bağışlayar və sizi içindən çaylar axan bağçalara və Ədn bağçalarındakı saraylara daxil edər. Böyük uğur budur.
Fəth/48:5
Və iman edən kişilərlə, iman edən qadınları, içindən çaylar axan cənnətərə əbədi qalmaq üzrə daxil etsin və onların günahlarını örtsün. Əlbəttə bu, Allah qatında böyük bir uğurdur.
Hədid/57:12
İman edən kişilərin və qadınların nurlarının önlərindən və sağ yanlarından yayıldığını gördüyün gün, "Müjdə, bu gün davamlı olaraq qalacağınız, altlarından çaylar axan cənnətlər var. Bu, ən böyük zəfərdir."
Təğabun/64:9
Gün gələr, sizi toplanma günü üçün toplayarıq. Bu, aldanma günüdür. Kim Allaha iman edər və müttəqi davranarsa, pisliklərini örtər və onu altından çaylar axan cənnətlərə daxil edər. Orada əbədi qalarlar. Böyük uğur məhz budur.
Əraf/7:8
O gün tərəzi doğrudur. Tərəziləri ağır gələnlər – uğur qazananlardır.
Zumər/39:73
Rəblərinə ehtiram edib dinləyənlər isə dəstə-dəstə cənnətə götürülərlər. Oraya yetişdiklərində onun qapıları açılar və gözətçiləri onlara, "Sizə sülh olsun; qazandınız. Haydı, təməlli qalmaq üçün oraya daxil olun," deyərlər.
Tovbə/9:111
Allah iman edənlərin canlarını və mallarını cənnət qarşılığında satın almışdır. Allah yolunda savaşırlar, öldürürlər və öldürülürlər. Bu, Onun Tövratda, İncildə və Quranda verdiyi bir sözdür. Verdiyi sözü, Allahdan daha yaxşı kim yerinə yetirə bilər? Elə isə bu alış-verişinizə görə sevinin. Ən böyük uğur budur.