Nur - 24:58 Ey iman edənlər! Əmriniz altında çalışanlar və sizdən hələ yetkinlik yaşına çatmamış olanlar üç dəfə izin almalıdırlar: səhər namazından öncə, günorta vaxtında dincəlmək üçün paltarınızı soyunduğunuz zaman və axşam namazından sonra... Bunlar, sizin xüsusi üç vaxtınızdır. Bunların xaricində, bir-birinizin yanına girib çıxmaqda bir məhzur yoxdur. Allah ayələri sizə belə açıqlayır. Allah Biləndir, Hikmət sahibidir.
İman etmənin ən önəmli kriteri:
Ənam/6:82 İman edənlər və imanlarını bir zülmlə bulaşdırmayanlar güvənliyə layiqdirlər və onlar doğruya yönələnlərdir.

Loğman/31:13 Loğman oğluna öyüd verərkən bunu  demişdi: "Əziz oğlum, Allaha ortaq qoşma, şübhəsiz şirk (Tanrıya ortaq qoşmaq) böyük bir zülmdür."

Zumər/39:65 Sənə və səndən öncəkilərə belə vəhy edilmişdir: Ortaq qoşarsan, bütün etdiklərin boşa gedər və ziyana uğrayanlardan olarsan.