Furqan - 25:30 Elçi də dedi ki; "Rəbbim, xalqım Quranı tərk etdi."
Camaat Quranı necə tərk etdi?
Ənam/6:112 Beləcə, hər peyğəmbərə insanlardan və cinlərdən olan şeytanları düşmən etdik. Aldatmaq üçün bir-birlərinə yaldızlı sözləri vəhy edərlər. Rəbbin istəsəydi, bunu edə bilməzdilər. Onlara və etdikləri iftiralara əhəmiyyət vermə.
Ənam/6:113 Axirətə iman etməyənlərin qəlbi ona aldansın, ondan xoşlansın və gerçəkdən etmək istədiklərini edə bilsinlər deyə...
Ənam/6:114 Allahdan başqa qanun qoyanmı axtarım? O ki sizə kitabı detallı olaraq nazil etmişdir. Özlərinə kitab verdiklərimiz onun Rəbbin tərəfindən nazil edildiyini bilirlər. O halda şübhəyə düşənlərdən olma.
Ənam/6:115 Rəbbinin kəlmələri doğruluq və ədalətlə tamamlanmışdır. Onun sözlərini dəyişdirə biləcək (bir kimsə) yoxdur. O, Eşidəndir, Biləndir.
Ənam/6:116 Yer üzündəkilərin əksəriyyətinə tabe olsan, səni Allahın yolundan azdırarlar. Onlar ancaq zənnə uyurlar və onlar sadəcə təxminlərə əsaslanıb saçmalayırlar.
Ənam/6:117 Əlbəttə, Rəbbin yolundan çıxanı yaxşı bilir. Doğru yolda olanları da O daha yaxşı bilir.
Ənam/6:118 Ayələrinə iman edirsinizsə, üzərində Allahın ismi xatırlananlardan yeyin.
Ənam/6:119 Sizə nə olur ki, üzərində Allahın ismi xatırlananlardan yemirsiniz? Halbuki məcburi hallar xaricində sizə qadağan edilənləri təfsilatı ilə sizə açıqlamışdır. Bir çoxları, biliyə əsaslanmayan şəxsi fikirləriylə insanları azdırır. Rəbbin həddi aşanları ən yaxşı biləndir.
Ənam/6:159 Dinlərini parçalara ayırıb qrup-qrup olanlarla sənin heç bir əlaqən yoxdur. Onların işi Allaha qalmışdır; Sonra onlara vəziyyətlərini xəbər verəcəkdir.

Əraf/7:3 Rəbbinizdən sizə nazil ediləni izləyin. Ondan başqalarını dost seçərək izləməyin. Nə qədər də az öyüd alırsınız!

Furqan/25:18 "Sən Ucasan, Səninlə yanaşı kimsəni vəlilər qəbul etmək bizə yaraşmaz. Fəqət, Sən onlara və atalarına nemətlər bağışladın. Nəhayət, onlar mesajı unudub dəyərsiz bir camaat oldular," deyə qarşılıq verdilər.

Hicr/15:90 Eyni şəkildə o bölücülərlə də məşğul olacağıq.

Muminun/23:53 Fəqət, onlar işlərini müxtəlif kitablara ayırdılar. Hər qrup öz yanında olandan razı...

Loğman/31:6 İnsanlardan bəzisi var ki, insanları bilgisizcə Allahın yolundan azdırmaq və onu kiçik hesab etmək üçün təməlsiz hədislərə sarılarlar. Onlar üçün alçaldıcı bir əzab vardır.

Casiyə/45:6 Bunlar, sənə gerçək olaraq oxuduğumuz Allahın ayələridir. Allahdan və ayələrindən başqa hansı hədisə inanırlar?

Mursəlat/77:50 Artıq bundan sonra hansı hədisə (sözə) iman edirlər?

Hədid/57:16 İman edənlər üçün Allahın mesajına və nazil olan gerçəyə könüllərini açmağın vaxtı gəlmədimi? Daha öncə özlərinə kitab verilənlər kimi olmasınlar; onların üzərindən uzun zaman keçincə qəlbləri qatılaşmışdı. Onların əksəriyyəti yoldan çıxmış kimsələrdir.