Furqan - 25:36          
          
                        "Siz ikiniz, ayələrimizi yalanlayan bu camaatın yanına gedin," dedik. Bunun ardından onları fəlakətə sürükləyib məhv etdik.          
        
        
          Firon və çevrəsindəki adamları necə məhv edildilər?        
      
                  
                    
                      Şuəra/26:60                    
                  
                  
                                        Onları şərqə tərəf təqib etdilər.                  
                
                
              
                  
                    
                      Şuəra/26:61                    
                  
                  
                                        Hər iki topluluq bir-birini görüncə, Musanın yoldaşları: "Baxın, yaxalanırıq!" dedilər.                  
                
                
              
                  
                    
                      Şuəra/26:62                    
                  
                  
                                        "Əsla. Rəbbim mənimlə birlikdədir; Mənə bir çıxış yolu göstərəcəkdir!" dedi.                  
                
                
              
                  
                    
                      Şuəra/26:63                    
                  
                  
                                        Musaya, "Dəyənəyini dənizə vur!" deyə vəhy etdik. Bundan sonra yarıldı və hər hissəsi böyük bir təpə kimi oldu.                   
                
                
              
                  
                    
                      Şuəra/26:64                    
                  
                  
                                        Sonra, digərlərini yaxınlaşdırdıq.                  
                
                
              
                  
                    
                      Şuəra/26:65                    
                  
                  
                                        Musanı və onunla bərabər olan hər kəsi qurtardıq.                   
                
                
              
                  
                    
                      Şuəra/26:66                    
                  
                  
                                        Sonra digərlərini boğduq.                  
                
                
              
                  
                    
                      Ta ha/20:77                    
                  
                  
                                        Musaya: "Qullarımı gecə vaxtı başqa bir yerə apar və onlar üçün dənizdə quru bir yol aç. Yaxalanmaqdan qorxma, narahat olma," deyə vəhy etdik.                  
                
                
              
                  
                    
                      Ta ha/20:78                    
                  
                  
                                        Firon, ordusu ilə birlikdə arxalarına düşdü. Halbuki, dəniz üstlərinə qapanıb onları içinə aldı.                   
                
                
              
                  
                    
                      Duxan/44:23                    
                  
                  
                                        "Qullarımla gecə vaxtı yola çıx. Siz izlənirsiniz."                   
                
                
              
                  
                    
                      Duxan/44:24                    
                  
                  
                                        "Dənizi yarılmış olaraq tərk et. Onlar boğulmağa məhkum bir ordudur."