Furqan - 25:64 Gecənin yalnızlığında Rəblərinə səcdə edib düşünərlər.
Rəbbimizi xatırlayıb, ucaltmağa nümunələr:
Bəqərə/2:285 Elçi, Rəbbindən ona nazil edilənə iman etdi, iman edənlər də... Hamısı, Allaha, mələklərinə, kitablarına və elçilərinə iman edirlər: "Elçilərinin arasında heç bir fərq qoymarıq.” Deyərlər ki: "Eşitdik və tabe olduq. Rəbbimiz bizi bağışla; dönüş Sənədir."
Bəqərə/2:286 Allah hər kəsi yalnız onun qüvvəsi çatdığı qədər yükləyər. Hər kəsin qazandığı yaxşılıq öz xeyrinə, qazandığı pislik isə öz zərərinədir. “Rəbbimiz, unudar yaxud yanılarıqsa bizi məsul tutma! Rəbbimiz, bizdən öncəkilərə yüklədiyin kimi bizə ağır öhdəliklər yükləmə! Rəbbimiz, gücümüzün çatmayacağı şeyləri bizə yüklətmə! Bizi xoş qarşıla, bizi bağışla və bizə rəhm et! Sənsən bizim Mövlamız (Sahibimiz və Hökmdarımız)! İnkar edən topluluqlara qarşı bizə yardım et!”

Ali İmran/3:8 "Rəbbimiz, bizi doğruya yetişdirdikdən sonra qəlblərimizin əyrilməsinə imkan vermə. Üzərimizə rəhmətini yağdır; şübhəsiz Sən Bəxşedənsən."
Ali İmran/3:9 "Rəbbimiz, gerçəkləşməsinə şübhə olmayan gündə insanları toplayacaq olan Sənsən." Allah sözündən dönməz.
Ali İmran/3:16 Onlar ki: “Rəbbimiz, biz iman etdik, günahlarımızı bağışla və bizi cəhənnəm əzabından qoru!”– deyərlər.
Ali İmran/3:191 O kəslər ki, ayaq üstə olanda da, oturanda da, uzananda da Allahı xatırlayarlar. Göylərin və yerin quruluşu və yaradılışı haqqında düşünərlər: “Rəbbimiz, Sən bunları boş yerə yaratmadın, Sən ucasan, bizi atəş əzabından qoru!"
Ali İmran/3:192 "Rəbbimiz, Sən kimi atəşə salarsansa əlbəttə onu rəzil etmiş olursan. Zalımlara yardım edən olmaz."
Ali İmran/3:193 Rəbbimiz, biz, “Rəbbinizə iman edin!”– deyə imana çağıran bir dəvətçini eşitdik və iman etdik. Rəbbimiz! Günahlarımızı bağışla, pisliklərimizi ört və yaxşı kimsələr olaraq canımızı al."
Ali İmran/3:194 "Rəbbimiz, elçilərinin vasitəsi ilə bizə söz verdiyin şeyi ver, dirilmə günündə bizi rəzil etmə! Sən sözündən heç dönməzsən.”

İbrahim/14:40 "Rəbbim, məni namazı qoruyan biri et, övladlarımı da... Rəbbimiz dualarımı qəbul et."
İbrahim/14:41 "Rəbbimiz! Hesabın görüləcəyi gün, məni, anamı, atamı və iman edənləri bağışla."

İsra/17:110 De ki: "İstər Allah deyə çağırın, istər Rəhman deyə çağırın. Hansı ilə çağırarsanız, bütün gözəl isimlər Onundur." Namazında nə elan et, nə də gizlə; ikisinin arasında bir yol tut.
İsra/17:111 Və de ki: "Tərif Allahadır. O övlad götürməmişdir, idarəçilikdə ortağı və zəiflikdən ötrü də bir yardımçısı yoxdur." Onu mümkün qədər Ucalt.

Kəhf/18:14 Qalxdıqlarında qəlblərini sağlamlaşdırmışdıq. "Rəbbimiz, göylərin və yerin Rəbbidir. Ondan başqa tanrı qəbul etməyəcəyik. Yoxsa, yanlış söz söyləmiş olarıq."

Muminun/23:109 "Qullarımdan bir qrup, 'Rəbbimiz, iman etdik, bizi bağışla, bizə mərhəmət et! Sən mərhəmət edənlərin ən mərhəmətlisisən!' deyirdi."

Furqan/25:64 Gecənin yalnızlığında Rəblərinə səcdə edib düşünərlər.
Furqan/25:65 Və onlar belə deyərlər, "Rəbbimiz, Cəhənnəm cəzasını bizdən uzaqlaşdır. Onun cəzası qorxuncdur."
Furqan/25:74 Onlar (o kəslər) ki, "Rəbbimiz, zövcələrimizi, uşaqlarımızı bizim üçün bir xoşbəxtçilik qaynağı et və bizi öndə gedən müttəqilərdən et," deyərlər.

Həşr/59:10 Onlardan sonra gələnlər, "Rəbbimiz, bizi və bizdən öncə iman etmiş olan qardaşlarımızı bağışla; qəlbimizi iman edənlərə qarşı kin bəsləməkdən qoru. Rəbbimiz, Sən Şəfqətlisən, Rəhmlisən," deyərlər.

Mumtəhənə/60:4 Sizin üçün İbrahim və onunla bərabər olanlarda gözəl bir örnək vardır. Onunla bərabər olanlar, öz xalqına, "Biz sizdən və sizin Allahdan başqa qulluq/xidmət etdiklərinizdən uzağıq. Sizi tanımırıq. YALNIZ Allaha iman edincəyə qədər bizimlə sizin aranızda əbədi olaraq düşmənçilik və nifrət zahir olmuşdur. Halbuki, İbrahimin atasına, "Sənin bağışlanmağın üçün dua edəcəyəm, fəqət Allahdan gələcək heç bir şeyə qarşı səni qoruya bilmərəm." şəklindəki sözü (bir xəta olaraq) bunun xaricində idi. "Rəbbimiz, Sənə güvəndik, Sənə yönəldik və axırda Sənə dönəcəyik."
Mumtəhənə/60:5 "Rəbbimiz, inkar edənlər üçün bizi bir sınanma vasitəsi etmə, bizi bağışla. Rəbbimiz Sən Üstünsən, Hikmət Sahibisən."

Cinn/72:3 "Rəbbimiz çox ucadır. O, nə bir həyat yoldaşı, nə də bir övlad seçməmişdir."