Şuəra - 26:14
"Ayrıca, onların yanında günahkar biriyəm. Qorxuram ki, məni öldürsünlər."
Musanın öldürülməkdən qorxduğu günahı nə idi?
Qasas/28:15
Xalqının xəbəri olmadığı bir vaxtda şəhərə girmişdi. Orada iki adamın vuruşduğunu gördü; biri onun tərəfindən (İbrani), digəri də düşmən tərəfindən (Misirli) idi. (Onun) tərəfindən olan adam düşməninə qarşı ondan yardım istədi. Buna görə də Musa o birinə bir yumruq vurub işini bitirdi. "Bu şeytanın bir işidir; o bir düşməndir, açıq-aşkar bir azdırıcıdır," dedi.
Qasas/28:16
(Musa) dedi: "Rəbbim! Mən özümə haqsızlıq etdim, məni bağışla." O da onu bağışladı. Çünki O, Bağışlayandır, Rəhmlidir.
Qasas/28:17
(Musa) dedi: "Rəbbim, Mənə bağışladığın nemətlərə qarşılıq olaraq bundan belə günahkarlara yardım etməyəcəyəm."
Qasas/28:18
Qorxu içində, ətrafa göz qoya-qoya şəhərdə səhərə çıxdı. Ondan dünən yardım istəyən adam, fəryad edərək yenə ondan yardım istəyirdi. Musa ona, "Bəlli ki, sən bir bəlalısan," dedi.
Qasas/28:19
Ortaq düşmənlərini yaxalamaq istəyincə, "Musa, dünən birisini öldürdüyün kimi, bu gün də mənimi öldürmək istəyirsən? Sən, yer üzündə müttəqi biri olmaq istəmirsən; bir zülmkar olmaq istəyirsən," dedi.
Qasas/28:20
Şəhərin o biri yanından qaça-qaça gələn bir adam, "Musa! Zadəganlar səni öldürmək üçün öz aralarında danışıqlar aparırlar. Tez buranı tərk et; mən sənə öyüd verməkdəyəm," dedi.
Qasas/28:21
(Musa) qorxu içində, ətrafına baxa-baxa oradan qaçdı. "Rəbbim, məni bu zalım camaatdan qurtar," dedi.
Qasas/28:22
Mədyənə doğru yönəlincə, "Ümid edirəm Rəbbim məni doğruya yönəldər," dedi.
Ta ha/20:40
"O vaxt bacın gedib, 'Ona baxacaq birini sizə göstərimmi?' deyirdi. Beləcə, gözü aydınlansın və üzülməsin deyə, səni anana geri döndərmişdik. Hətta sən bir nəfəri öldürmüşdün, səni üzüntüdən qurtarmış və müxtəlif sınaqlardan keçirmişdik. Mədyən xalqının arasında illərlə qaldıqdan sonra bəlli bir plana görə indi geri gəlmisən, Musa."