Şuəra - 26:215
Və sənin ardınca gələn iman edənlərə qanadını endir (köməklərinə çat)!
Elçinin izindən getmək; Onun çatdırdığı təlimi yəni onunla göndərilən kitabı izləyib, tabe olmaq ilə gerçəkləşir:
Nisa/4:80
Elçiyə itaət edən, Allaha itaət etmiş olar. Kim üz çevirərsə çevirsin; Biz səni onların üzərinə gözətçi göndərmədik.
Ali İmran/3:132
Allaha və Elçiyə itaət edin, sizə mərhəmət edilsin.
Ənam/6:155
Bu da nazil etdiyimiz mübarək bir Kitabdır. Elə isə sizə mərhəmət edilməsi üçün ona tabe olmalısınız, muttəqi davranmalısınız.
Maidə/5:15
Kitab əhli, kitabın gizlədiyiniz bir çox bölümünü açıqlayan və bir çoxunu da üzünüzə vurmayan elçimiz gəldi sizə. Allahdan bir nur və açıq-aşkar bir kitab da gəldi sizə.
Maidə/5:16
Onunla Allah, rizasına diqqət edənləri barış və hüzur yollarına yönəldir. İzniylə onları qaranlıqlardan aydınlığa çıxararaq onları ən doğru yola yönəldir.
Əraf/7:145
Hər şeyin detallı açıqlaması və öyüd olaraq hər nə varsa Musa üçün lövhələrə yazdıq: "Bu təlimlərə möhkəm sarıl, xalqına da söylə ona ən gözəl şəkildə sarılsınlar. Yoldan çıxmışların son dayanacağını sizə göstərəcəyəm."
Ta ha/20:83
(Allah buyurdu:) "Musa, nə üçün xalqını buraxmaqda tələsdin?"
Ta ha/20:84
(Musa) dedi: "Onlar təlimə tabedirlər. Rəbbim, razı olasan deyə, Sənə doğru tələsdim."