Şuəra - 26:53 Firon, şəhərlərə kütlə propagandaçıları göndərdi:
Rəbbimizin planı sadəcə Fironu deyil, çevrəsindəkiləri də yerlərindən çıxardıb, bir növ insanların arasından ayırıb, məhv etmək və beləcə əzilib, sömürülən xalqı ölkəyə hakim etmək üzrə idi:
Qasas/28:4 Firon yer üzündə despotca davrandı. Xalqını siniflərə ayırıb onlardan bir qrupu əzib istismar edir, qızlarını sağ buraxıb oğullarını kəsirdi. O, bir fəsadçı idi.
Qasas/28:5 Yer üzündə gücsüzləşdirilib əzilənlərə lütf edərək istədik ki, onları öndərlər və varislər edək.
Qasas/28:6 Və onları yer üzünə yerləşdirək, Firon, Haman və ordularına, qorxduqları şeyi göstərək.

Əraf/7:136 Biz də onlardan öc (intiqam) aldıq. Ayələrimizi yalanlayıb əhəmiyyət vermədikləri üçün onları dənizdə boğduq.
Əraf/7:137 Ölkənin məhsuldar etdiyimiz şərq və qərb hissələrinə xor görülən və zəif salınan insanları mirasçı etdik. Sıxıntılara müqavimət göstərdikləri üçün, Rəbbinin İsrail oğullarına verdiyi gözəl söz gerçəkləşdi. Firon və xalqının qurduqları quruluş və qurumları da yerlə bir etdik.

Duxan/44:23 "Qullarımla gecə vaxtı yola çıx. Siz izlənirsiniz."
Duxan/44:24 "Dənizi yarılmış olaraq tərk et. Onlar boğulmağa məhkum bir ordudur."
Duxan/44:25 Onlar geridə nələr buraxmışdılar: Bağçalar, bulaqlar,
Duxan/44:27 Və içində səfa sürdükləri neçə-neçə nemətlər...
Duxan/44:28 Beləcə hamısını başqa bir topluluğa miras buraxdıq.

Şuəra/26:52 Musaya, "Qullarımı yola çıxar, siz təqib olunacaqsınız," deyə vəhy etdik.
Şuəra/26:53 Firon, şəhərlərə kütlə propagandaçıları göndərdi:
Şuəra/26:57 Nəhayət, onları çıxartdıq: Bağçalardan, çeşmələrdən,
Şuəra/26:59 Daha sonra, onları İsrail oğullarına miras etdik.