Şuəra - 26:80 "Xəstələndiyim zaman mənə şəfa verən Odur."
Əlaqəli:
Sad/38:41 Qulumuz Əyyubu xatırla: "Rəbbim, şeytan mənə taqətsizlik və ağrı-acı toxundurdu," deyə Rəbbinə səslənmişdi.
Sad/38:42 "Ayağını yerə vur. Budur, yuyunacaq və içiləcək soyuq bir qaynaq."

Məryəm/19:23 Doğum sancısı onu bir xurma budağına qədər sürüklədi. "Kaş ki, bundan öncə ölsəydim, unudulsaydım," dedi.
Məryəm/19:24 "Üzülmə, Rəbbin sənin altında bir su arxı hazırlamışdır," deyə (ağacın) altından ona səsləndi.
Məryəm/19:25 "Xurmanın budağını özünə doğru silkələ, üzərinə yetişmiş xurmalar tökülsün."
Məryəm/19:26 "Ye, iç və gözün aydın olsun. İnsanlardan birini görərsənsə, 'Mən Rəhman üçün oruc tutmağa qərar verdim. Bu gün heç bir insanla danışmayacağam' de."