Nəml - 27:40 Kitab bilgisinə sahib olan biri də, "Mən onu, gözünü qırpman üçün sərf olunan vaxtdan daha tez gətirə bilərəm!" dedi. Onu yanında dayanmış görüncə, "Bu Rəbbimin bir lütfüdür. Şükürmü, yoxsa nankorluqmu edəcəyimi sınayır. Şükür edən özü üçün şükür etmiş olar. Nankorluq edən də, bilsin ki, mənim Rəbbim Zəngindir, Şərəflidir," dedi.
Məqsəd; Allah yerinizə nankorluq etməyəcək, bir camaatı gətirəcək zənginlikdədir:
Ənam/6:89 Bax onlar, özlərinə kitab, hikmət və peyğəmbərlik verdiklərimizdir. Əgər bu xalq, bunları inkar edərsə, Biz onları inkar etməyən bir cəmiyyətlə yerlərini dəyişdirərik.

Fatir/35:15 Ey insanlar, siz Allaha möhtacsınız. Allah isə heç kimsəyə möhtac deyildir, Təriflənəndir.
Fatir/35:16 İstəyərsə, sizi götürər və yerinizə yeni məxluqları gətirər.

Muhəmməd/47:38 Sizlər, Allah yolunda xərcləməyə dəvət edilirsiniz, ancaq bir qisminiz xəsislik etməkdədir. Kim xəsislik edərsə, özünə qarşı xəsislik etmişdir. Allah Zəngindir, siz isə yoxsulsunuz. Üz çevirsəniz, yerinizə başqa bir topluluq gətirər ki, onlar sizin kimi olmazlar.