Nəml - 27:63          
          
                        Qurunun və dənizin qaranlıqlarında sizə yol göstərən kimdir? Rəhmətindən öncə küləkləri müjdə olaraq göndərən kimdir? Allah ilə birlikdə başqa bir tanrıdır? Allah ortaq qoşduqlarından çox ucadır.          
        
        
          Dənizin qaranlıqlarının təfərrüatı:        
      
                  
                    
                      Nur/24:40                    
                  
                  
                                        Yaxud, yoğun bir sislə (dumanla) birlikdə dalğa üstünə dalğanın örtdüyü əngin bir dənizin ortasındakı qaranlıqlara bənzəyir. Üst-üstə yığılmış qaranlıqlar... İnsan əlini uzatdığı zaman az qala onu belə görə bilməz. Allahın nurdan məhrum etdiyi kimsənin heç bir nuru ola bilməz.