Nəml - 27:64 Yaradılışı başladan və sonra onu  təkrarlayan kimdir? Sizi göydən və yerdən ruziləndirən kimdir? Allah ilə birlikdə başqa bir tanrıdır? De ki, "Doğru sözlülərsinizsə dəlilinizi gətirin."
Göydən endirdiyi ruzi nə?
Casiyə/45:5 Gecənin və gündüzün bir-birini təqib etməsində, Allahın göydən bir ruzi endirərək onunla ölümündən sonra torpağı diriltməsində və küləkləri idarə etməsində anlayan camaat üçün dərslər vardır.

Vaqiə/56:69 Onu buludlardan siz endirirsiniz, yoxsa Biz?

Bəqərə/2:22 O, yer üzünü sizin üçün yaşanacaq hala saldı və göyü də bir yapı etdi. Göydən su endirdi və onunla ruzi olaraq sizə müxtəlif məhsullar çıxardı. Bilə-bilə Allaha ortaqlar qoşmayın.

Ğafir/40:13 O ki, sizə ayələrini (dəlillərini və işarələrini) göstərməkdə və sizin üçün göydən bir ruzi endirməkdədir. Tamamilə yönəlib təslim olandan başqası ibrət almaz.

Yunus/10:31 De ki: "Sizə göydən və yerdən kim ruzi verir? Eşitmə və görmə duyğularınızı kim kontrol edir? Ölüdən dirini, diridən ölünü kim çıxarır? Bütün işləri kim idarə edir?" "Allah," deyəcəklər. De ki: "Elə isə nə üçün müttəqi davranmırsınız?"

Fatir/35:3 Ey insanlar, Allahın sizə olan nemətlərini xatırlayın. Sizi göydən və yerdən ruziləndirən Allahdan başqa bir yaradıcımı var? Ondan başqa tanrı yoxdur. Necə olur ki, azdırılırsınız?

Bəqərə/2:164 Göylərin və yerin yaradılışında, gecənin və gündüzün bir-birilə yer dəyişdirməsində, insanların faydası üçün okeanda axıb gedən gəmilərdə, Allahın göydən su endirib ölümündən sonra yer üzünü diriltməsində və orada yaydığı hər növ canlıda, küləkləri və göy ilə yer arasında hazır olan buludları fırladıb çevirməsində ağlını istifadə edən bir camaat üçün əlbəttə ayələr (dərslər və dəlillər) vardır.

Nəml/27:64 Yaradılışı başladan və sonra onu  təkrarlayan kimdir? Sizi göydən və yerdən ruziləndirən kimdir? Allah ilə birlikdə başqa bir tanrıdır? De ki, "Doğru sözlülərsinizsə dəlilinizi gətirin."