Nəml - 27:83
Gün gələcək, hər camaatın içində, ayələrimizi və möcüzələrimizi yalanlayan kimsələri toplayıb sürüyəcəyik.
Allah möcüzələrini nə üçün göstərir?
İsra/17:59
Öncəkilərin onları yalanlamış olması, Bizi ayələr göndərməkdən saxlamadı. Örnək olaraq, Səmud (xalqına) dəvəni açıq şəkildə vermişdik. Fəqət ona haqsızlıq etdilər. Biz ayələri yalnızca xəbərdarlıq məqsədiylə göndəririk.
Bəqərə/2:118
Cahillər: “Allah bizimlə danışmalı və ya bizə bir ayə (möcüzə) gəlməli deyildimi?” dedilər. Daha öncəkilər də onlar kimi danışmışdılar. (Onların) başları bir-birinə bənzəyir. Biz möcüzələri, iman edənlərə sərgiləyərik.
Bəqərə/2:260
İbrahim, “Rəbbim, ölüləri necə diriltdiyini mənə göstər,” - demişdi. "Yoxsa inanmırsan?" - dedi. "Bəli; ancaq qəlbimi gücləndirməsi üçün," - dedi. “Dörd quş al və onları yaxşıca araşdır (fərqli xüsusiyyətlərini tanı). Sonra hər bir dağın üzərinə onlardan bir qismini yerləşdir. Daha sonra onları çağır. Dərhal sənin yanına gələcəklər. Biləsən ki, Allah Güclüdür, Hikmət Sahibidir," - dedi.
Maidə/5:112
Həvarilər, "Məryəm oğlu İsa! Rəbbin bizə göydən bir ziyafət verə bilərmi?" - demişdilər. "İman edirsinizsə, Allaha ehtiram edin," - demişdi.
Maidə/5:113
"İstəyirik ki, ondan yeyək, qəlbimiz rahat olsun, sənin bizə doğru söylədiyini bilək və ona şahid olaq."
Maidə/5:114
Məryəm oğlu İsa: "Tanrımız, Rəbbimiz, bizə göydən bir ziyafət endir ki, hamımız və hər birimiz üçün bir bayram və Səndən bir dəlil olsun. Bizi ruziləndir. Sən ən yaxşı ruzi verənsən," - dedi.
Maidə/5:115
Allah, "Onu sizə endirəcəyəm," - dedi, "Kim artıq bundan sonra inkar edərsə, onu, heç kimsəyə vermədiyim bir əzabla cəzalandıracağam."
Bəqərə/2:259
Yaxud bu kimsə kimisi də (diqqətini çəkmədimi?)... Altı üstünə gəlmiş, dağılmış bir qəsəbəyə uğrayar və "Allah bunu ölümündən sonra necə dirildə bilər?" - deyər. Buna görə Allah onu yüz il ölü saxladıqdan sonra diriltdi. "Burada nə qədər qaldın?" dedi. "Bir gün yaxud günün bir hissəsi qədər qaldım," dedi. "Xeyr, sən yüz il qaldın. Yeməyinə və içməyinə bax hələ də xarab olmayıb. Eşşəyinə də bax. Səni insanlar üçün bir dəlil etdik. Sümüklərə diqqət et, onları necə üst-üstə qoyur, sonra onlara necə də ət geyindiririk." Vəziyyət ona aydınlanınca, "Artıq Allahın hər şeyə gücünün yetdiyini bilirəm," dedi.
Əraf/7:143
Musa, təyin edilən vaxtda Bizə gəlincə və Rəbbi onunla danışınca, "Rəbbim mənə görün, Sənə baxım," dedi. "Məni görə bilməzsən. Ancaq bu dağa bax; yerində durarsa, o zaman məni görəcəksən," dedi. Rəbbi, dağa görününcə onu parça-parça etdi və bundan sonra Musa özündən getdi. Ayılınca, "Sən Ucasan, Sənə yönəlirəm. Mən iman edənlərin ən öndə olanıyam," dedi.
Bəqərə/2:73
“(Düyənin) bir parçasıyla ona (öldürülənə) vurun!” dedik. Bax, Allah ölüləri bu cür dirildir və düşünəsiniz deyə ayələrini (möcüzələrini) bu cür göstərir.
Muddəssir/74:31
Biz atəşə gözətçi olaraq sadəcə mələkləri təyin etdik. Onların sayını (on doqquzu) da, inkar edənlər üçün bir fitnə (imtahan/hüzursuzluq qaynağı) etdik, kitab verilmiş olanları razı etsin, iman edənlərin inancını gücləndirsin, kitab verilmiş olanlarla iman edənlərin şübhələrini ortadan qaldırsın və qəlblərində xəstəlik olanlarla inkar edənlər də, "Allah bu örnəklə nə demək istəyir?" desinlər. Beləcə Allah istədiyini/istəyəni azdırır və istədiyini/istəyəni də doğruya yönəldir. Rəbbinin ordularını Özündən başqası bilməz. Bu (say) insanlara bir mesajdır.