Qasas - 28:55          
          
                        Boş sözləri eşitdiklərində ondan üz çevirərlər və "Bizim işimiz bizə, sizin işiniz sizə. Sizə salam (sülh) olsun! Biz cahillərlə məşğul olmaq  istəmirik!" deyərlər.           
        
        
          Əlaqəli:        
      
                  
                    
                      Qasas/28:55                    
                  
                  
                                        Boş sözləri eşitdiklərində ondan üz çevirərlər və "Bizim işimiz bizə, sizin işiniz sizə. Sizə salam (sülh) olsun! Biz cahillərlə məşğul olmaq  istəmirik!" deyərlər.                   
                
                
              
                  
                    
                      Məryəm/19:46                    
                  
                  
                                        (Atası:) "İbrahim, sən mənim tanrılarımdan üzmü çevirirsən? Buna son qoymasan, səni daşqalaq edəcəyəm. Məndən uzaqlaş!" dedi.                  
                
                
              
                  
                    
                      Məryəm/19:47                    
                  
                  
                                        (İbrahim) dedi: "Sənə salam (sülh) olsun! Sənin bağışlanmağın üçün Rəbbimə yalvaracağam; O, mənə qarşı çox mərhəmətlidir."                   
                
                
              
                  
                    
                      Furqan/25:63                    
                  
                  
                                        Rəhmanın qulları elə kimsələrdir ki, yer üzündə təvazökarlıqla gəzərlər. Cahillər onlara xoşagəlməz bir söz atınca da barış təklif edərlər.                  
                
                
              
                  
                    
                      Furqan/25:72                    
                  
                  
                                        Onlar yalan (yerə) şahidçilik etməzlər. Boş sözlərlə qarşılaşdıqlarında əhəmiyyət verməyib keçərlər.                   
                
                
              
                  
                    
                      Zuxruf/43:89                    
                  
                  
                                        Onlara əhəmiyət vermə və "Salam" (sülh və rifah), de; yaxında biləcəklər.                  
                
                
              
                  
                    
                      Muzzəmmil/73:10                    
                  
                  
                                        Onların sözlərinə qarşı səbrli ol və onlardan gözəl şəkildə ayrıl.