Ənkəbut - 29:15
Onu və gəmi əhlini qurtarıb hər kəsə ibrət etdik.
Nuhun xalqı necə məhv edildi?
Nuh/71:4
"(Ona görə) ki, günahlarınızı bağışlasın və sizi bəlli bir müddətə qədər təxirə salsın. Şübhəsiz, Allahın verdiyi vaxt yetişincə möhlət verilməz, bir bilsəydiniz.
Nuh/71:5
Dedi ki, "Rəbbim, mən xalqımı gecə-gündüz çağırdım."
Nuh/71:6
"Amma çağırışım onların qaçmasını artırmaqdan başqa şeyə yaramadı."
Nuh/71:7
"Hər nə vaxt, Sənin onları bağışlamağın üçün onları çağırdımsa, barmaqlarını qulaqlarına tıxadılar, paltarlarını başlarına örtdülər, israr etdilər, böyükləndikcə böyükləndilər."
Nuh/71:8
"Sonra onları açıq şəkildə çağırdım."
Nuh/71:9
"Sonra onlara elan etdim, gizlicə də danışdım."
Nuh/71:10
Dedim ki, "Rəbbinizdən bağışlanma diləyin; O, çox Bağışlayandır."
Nuh/71:11
"Sizə göydən bol yağmur göndərsin."
Nuh/71:12
"Sizi bol para (pul) və övladlarla dəstəkləsin, sizə bağçalar və çaylar versin."
Nuh/71:13
Sizə nə olub ki, Allaha hörmət göstərmək istəmirsiniz?
Nuh/71:14
Halbuki sizi mərhələlərlə yaradan Odur.
Nuh/71:15
Allahın yeddi göyü təbəqələrlə necə yaratdığını görmürsünüz?
Nuh/71:16
Ayı bunların içində bir nur, günəşi də bir lampa etdi.
Nuh/71:17
Və Allah sizi torpaqdan bir bitki olaraq bitirdi.
Nuh/71:18
Sonra sizi ona döndərəcək və sizi təkrar çıxaracaqdır.
Nuh/71:19
Allah yer üzünü sizin üçün bir məskunlaşma yeri etdi.
Nuh/71:20
(Ona görə) ki, orada geniş yollarda gedəsiniz.
Nuh/71:21
Nuh dedi ki, "Rəbbim, onlar mənə qarşı gəldilər və parası (pulu), övladları özünə sadəcə zərər verən bir kimsəyə uydular."
Nuh/71:22
"Və hətta böyük hiylələr qurdular."
Nuh/71:23
Dedilər ki, "Tanrılarınızı tərk etməyin. Nə Vəddi, nə Suvaı, nə Yəğusu, Yəuqu və Nəsri buraxmayın."
Nuh/71:24
"Çox insanı yoldan çıxartdılar. Elə isə, sən də zalımların (özlərinə zülm edənlərin) şaşqınlığını artır."
Nuh/71:25
Günahlarına görə boğuldular və atəşə daxil edildilər. Özlərinə Allahdan başqa yardımçı da tapa bilmədilər.
Nuh/71:26
Nuh dedi ki, "Rəbbim, yer üzündə tək bir inkarçı buraxma."
Nuh/71:27
"Onları buraxsan qullarını yoldan çıxardarlar və ancaq bayağı inkarçılar doğarlar."
Nuh/71:28
"Rəbbim, məni, anamı, atamı, evimə iman edən olaraq girənləri, iman edən kişi və qadınları bağışla; Zalımların isə ancaq məhv olmalarını artır."
Hud/11:25
Nuhu xalqına göndərmişdik: "Mən, sizin üçün açıq-aşkar xəbərdarlıq edən biriyəm."
Hud/11:26
"Allahdan başqasına qulluq etməyin! Ağrılı-acılı bir günün əzabına uğramanızdan qorxuram."
Hud/11:27
Xalqının inkar edən öncüləri, "Səni sadəcə bizim kimi bir insan olduğunu görürük və aramızdakı dayaz düşüncəli adi insanlardan başqa kimsənin sənə tabe olmadığını görürük. Sizin bizdən hər hansısa bir üstünlüyünüzü də görmürük. Əksinə, biz sizin yalançı olduğunuzu sanırıq," dedilər.
Hud/11:28
Dedi ki: "Ey xalqım! Əgər mən Rəbbimdən gələn qəti bir dəlilə sahibəmsə və mənə bir rəhmət bəxş edibsə, bunlar gözünüzə görünmürsə (onda necə)? Siz onu istəmədiyiniz halda, biz sizi ona məcburmu edəcəyik?"
Hud/11:29
"Ey xalqım, buna qarşılıq sizdən hər hansısa bir para (pul) istəmirəm. Ücrətim ancaq Allahdan gəlir. İman edənləri də qova bilmərəm; onlar, Rəbləri ilə qarşılaşacaqlar. Fəqət, sizi cahillik edən bir topluluq olaraq görürəm."
Hud/11:30
"Ey xalqım, onları qovsam, Allaha qarşı kim mənə yardım edəcək? Öyüd almırsınız?"
Hud/11:31
"Allahın xəzinələrinin yanımda olduğunu söyləmirəm, gizli olanı bilmirəm, mələk olduğumu da irəli sürmürəm. Xor baxdığınız kimsələrə, Allahın bir yaxşılıq bağışlamayacağını da söyləmirəm. Onların gizli düşüncələrini Allah daha yaxşı bilir. Əks təqdirdə zalımlardan olaram."
Hud/11:32
Dedilər ki: "Ey Nuh, sən bizimlə mübahisə etdin və bizimlə mübahisəni uzatdın. Doğru sözlüsənsə haydı bizi təhdid etdiyin şeyi gətir görək."
Hud/11:33
Dedi ki: "Onu, istəyərsə, sizin başınıza ancaq Allah gətirə bilər. Siz əngəl ola bilməzsiniz."
Hud/11:34
"Allah azmanızı istəmişsə, mən sizə öyüd vermək istəsəm də, sizə o öyüdümün bir faydası olmayacaqdır. Odur Rəbbiniz və siz Ona döndəriləcəksiniz."
Hud/11:35
"Bunu (bu nəql edilən tarixi mübahisəni) o uydurdumu"- deyirlər? (Ey Muhəmməd!) De ki: "Onu mən uydurmuşamsa, günahımdan mən (özüm) məsuliyyətli olacağam və sizin işlədiyiniz günahlarla da mənim bir əlaqəm yoxdur."
Hud/11:36
Nuha vəhy edildi: "Bu vaxta qədər iman etmişlərin xaricində artıq xalqından heç kimsə iman etməyəcəkdir. Onların davranışları səni üzməsin."
Hud/11:37
"Nəzarətimiz altında vəhyimizlə gəmini düzəlt. Zalımlar üçün mənə baş vurma; onlar suda boğulacaqlar."
Hud/11:38
Gəmini düzəldərkən, xalqının öncüləri hər yanından keçdikdə onu məsxərəyə qoyurdular. Dedi ki: "Bizi məsxərəyə qoyursunuzsa, sizin bizi məsxərəyə qoyduğunuz kimi, biz də sizi məsxərəyə qoyuruq."
Hud/11:39
"Alçaldıcı əzab kimə gəlirmiş və sürəkli əzaba kim layiq imiş, irəlidə biləcəksiniz."
Hud/11:40
Nəhayət, əmrimiz gəlib və göy qaynayıb daşınca, ona dedik ki: "Hər növdən bir cütü, daha öncə məhkum edilmişlər xaric, ailə-uşağını və iman edənləri ona yüklə." Onunla birlikdə iman etmişlər zatən bir neçə nəfər idi.
Hud/11:41
Dedi ki: "Gəmiyə minin! Axması və durması Allahın adıyladır. Rəbbim çox Bağışlayandır, Rəhmlidir."
Hud/11:42
Gəmi, onları təpələr kimi dalğaların arasından keçirərkən, Nuh bir kənarda ayrı duran oğluna səsləndi: "Oğlum, gəl bizimlə birlikdə min. Kafirlərlə birlikdə olma."
Hud/11:43
O isə: "Məni sudan qoruması üçün bir təpəyə sığınacağam," dedi. (Nuh): "Bu gün Allahın hökmündən qoruyacaq heç bir şey yoxdur; ancaq Onun acıdıqları xaric," dedi. Dalğalar ikisinin arasından keçdi; o, boğulanların arasında idi.
Hud/11:44
Və deyildi ki: "Ey torpaq, suyunu ud! Ey göy, sən də tut." Su sakitləşdi, qərar yerinə yetirildi, Cudi (Judea) üzərinə oturdu və "Zalımlar uzaq olsunlar!" deyildi.
Hud/11:45
Nuh Rəbbinə səsləndi: "Ey Rəbbim, oğlum mənim ailəmdəndir, Sənin verdiyin söz isə əlbəttə gerçəkdir və Sən, hökm verənlərin ən yaxşısısan."
Hud/11:46
Dedi ki: "Ey Nuh, O, sənin ailəndən ola bilməz. Bilmədiyin bir mövzuda Məndən bir şey istəməyin, müttəqi bir rəftar deyildir. Cahillərdən olmamağı sənə öyüd-nəsihət edirəm."
Hud/11:47
Dedi ki: "Rəbbim! Bilmədiyim bir mövzuda Sənə yalvardığım üçün Sənə sığınıram. Məni bağışlamasan, mənə acımasan, ziyana uğrayanlardan olaram."
Hud/11:48
Deyildi ki: "Ey Nuh, Sənə və səninlə birlikdə olan millətlərə Bizdən sülh (əmin-amanlıq) və bərəkətlərlə en. Ayrıca elə millətlər var ki, onları bir müddət yaşadacağıq və sonra onlara bizdən ağrılı-acılı bir əzab toxunacaqdır.
Hud/11:49
Bunlar, sənə vəhy etdiyimiz qeyb xəbərləridir. Nə sən, nə də sənin xalqın bundan öncə onları bilməzdi. Səbr et. Aqibət, müttəqilərindir.
Şuəra/26:105
Nuhun xalqı elçiləri yalanladı.
Şuəra/26:106
Qardaşları Nuh onlara demişdi ki, "Dinləyib müttəqi davranmayacaqsınız?"
Şuəra/26:107
"Mən sizə göndərilmiş güvənilir bir elçiyəm."
Şuəra/26:108
"Allahı dinləyib mənə tabe olmalısınız."
Şuəra/26:109
"Buna qarşılıq sizdən hər hansısa bir ücrət də istəmirəm. Mənim ücrətim, ancaq aləmlərin Rəbbinə aiddir."
Şuəra/26:110
"Allahı dinləyib mənə tabe olmalısınız."
Şuəra/26:111
Dedilər ki, "Sənə tabe olanlar adi və pis kimsələr ikən, necə ola bilər ki, sənə iman edək?"
Şuəra/26:112
Dedi ki, "Onların etdiklərindən bir məlumatım yoxdur."
Şuəra/26:113
"Hesabları, yalnız Rəbbimə aiddir; Kaş ki, anlasanız!"
Şuəra/26:114
"Qətiyyən heç bir iman edəni qova bilmərəm."
Şuəra/26:115
"Mən ancaq açıq-aşkar bir xəbərdarlıq edənəm."
Şuəra/26:116
Dedilər ki, "Bax, Nuh, bu davranışına bir son qoymasan daşqalaq edilənlərdən olacaqsan."
Şuəra/26:117
Dedi ki, "Rəbbim, xalqım məni yalanladı."
Şuəra/26:118
"Mənimlə onların arasını ayır; məni və bərabərimdəki iman edənləri qurtar!"
Şuəra/26:119
Bundan sonra onu və onunla bərabər olanları qurtardıq, yüklü gəmidə.
Şuəra/26:120
Sonra bunun ardından, geridə qalanları boğduq.
Şuəra/26:121
Əlbəttə bunda bir dərs vardır; amma çoxları iman etməzlər.
Şuəra/26:122
Şübhəsiz, sənin Rəbbin Üstündür, Rəhmlidir.
Təhrim/66:10
Allah inkar edənlərə, Nuhun arvadı ilə Lutun arvadını örnək verir. İki müttəqi qulumuzun nikahı altında idilər; ancaq onlara xəyanət etdilər. Ərləri Allahdan gələn heç bir şeyi o ikisindən dəf edə bilmədi. İkisinə də, "Girənlərlə birlikdə cəhənnəmə girin," deyildi.
Furqan/25:37
Bənzər şəkildə, Nuhun camaatı da elçiləri yalanlayınca, insanlar üçün bir dərs olsun deyə onları boğduq. Zalımlar üçün ağrılı-acılı bir cəza hazırlamışıq.
Ənkəbut/29:14
Nuhu, öz xalqına göndərmişdik və onların arasında min ildən əlli il əskik qaldı. Ancaq zülm etdikləri üçün onları tufan yaxaladı.
Ənkəbut/29:15
Onu və gəmi əhlini qurtarıb hər kəsə ibrət etdik.
Ənbiya/21:76
Daha öncə Nuh da Bizi çağırmışdı. Onu və ailəsini böyük sıxıntıdan qurtararaq duasına cavab verdik.
Ənbiya/21:77
Ayələrimizi inkar edən camaata qarşı onu dəstəklədik. Onlar, pis bir camaat olduqlarına görə hamısını boğduq.
Saffat/37:75
Nuh Bizi çağırmışdı, necə də gözəl qarşılıq vermişdik.
Saffat/37:76
Onu və ailəsini o böyük fəlakətdən qurtarmışdıq.
Saffat/37:78
Və Biz onu daha sonrakılar üçün buraxdıq.
Saffat/37:79
Tarix boyunca Nuha salam!
Qamər/54:9
Onlardan öncə də Nuhun xalqı yalanlamışdı. Qulumuzu yalanlayıb, "Dəlidir" dedilər. Həqiqətən o əngəlləndi.
Qamər/54:10
Rəbbini çağırdı, "Mən məğlub oldum; Mənə yardım et."
Qamər/54:11
Bunun üzərinə göyün qapılarını şiddətlə axıb tökülən sularla açdıq.
Qamər/54:12
Yerdən də bulaqlar fışqırtdıq. Nəhayət sular, daha öncə müəyyənləşdirilmiş səviyyəyə yetişdilər.
Qamər/54:13
Onu ağac lifləri ilə (bağlanmış) kötüklər üzərində daşıdıq.
Qamər/54:14
Rədd edilmiş olan kişiyə bir mükafat olaraq nəzarətimiz (qorumamız) altında axıb gedirdi.
Qamər/54:15
Bunu bir dərs olaraq buraxdıq. Öyüd alan yoxdur?
Qamər/54:16
Cəzalandırmağım və xəbərdarlıqlarım necə imiş!
Əraf/7:59
Nuhu xalqına göndərmişdik və demişdi: "Xalqım, Allaha qulluq edin. Ondan başqa bir tanrınız yoxdur. Sizin üçün müdhiş bir günün cəzasından qorxuram."
Əraf/7:60
Xalqının öncüləri, "Səni açıq-aşkar bir azğınlıq içində görürük," dedilər.
Əraf/7:61
Dedi ki: "Xalqım, məndə bir azğınlıq yoxdur; ancaq mən aləmlərin Rəbbi tərəfindən göndərilmiş bir elçiyəm."
Əraf/7:62
"Sizə Rəbbimin mesajını çatdırır və sizə öyüd verirəm. Sizin bilmədiklərinizi Allah vasitəsilə bilirəm."
Əraf/7:63
"Sizi xəbərdar etmək üçün və müttəqi bir həyat yaşayıb mərhəmətə nail olasınız deyə, sizdən bir adama Rəbbinizdən bir mesajın gəlməsinəmi təəccübləndiniz?"
Əraf/7:64
Onu yalanladılar. Bundan sonra onu və onunla birlikdə gəmidə olanları qurtardıq. Ayələrimizi yalan hesab edənləri isə boğduq. Onlar kor bir xalq idi.
Yunus/10:71
Onlara Nuhun tarixini anlat. Xalqına bunları demişdi: "Ey xalqım, durumum və Allahın ayələrini xatırlatmağım sizə ağır gəldisə, mən Allaha güvənirəm. Ortaqlarınız və liderlərinizlə birlikdə toplanın, peşman olmayacağınız son qərarınızı alın və gözləmədən mənə qarşı tətbiq edin."
Yunus/10:72
"Üz çevirsəniz, halbuki mən sizdən hər hansısa bir ücrət istəməmişdim. Mənim ücrətim ancaq Allahın üzərinədir. Müsəlmanlardan olmaqla əmr edildim."
Yunus/10:73
Onu yalanladılar. Bundan sonra onu və onunla bərabər olanları qurtardıq, gəmidə. Onları (yer üzünün) yönəticiləri etdik. Ayələrimizi yalanlayanları isə boğduq. Xəbərdarlıq edilənlərin aqibətinə diqqət et.
Muminun/23:23
Nuhu xalqına göndərmişdik və demişdi: "Xalqım, Allaha qulluq edin. Ondan başqa bir tanrınız yoxdur. Müttəqi olmayacaqsınız?"
Muminun/23:24
Xalqının öncü inkarçıları, "Bu, sizin kimi bir insandan başqa bir şey deyildir. Üzərinizə hakim olmaq istəyir. Allah istəsəydi bir mələk endirərdi. İlk atalarımızdan belə bir şey eşitmədik."
Muminun/23:25
"O, sadəcə dəli bir adamdır. Hələ bir müddətə qədər onu gözləyin."
Muminun/23:26
Dedi ki, "Rəbbim, məni yalanlamalarına qarşı mənə yardım et!"
Muminun/23:27
Bundan sonra ona belə vəhy etdik: "Gözümüzün önündə və vəhyimizə uyğun olaraq gəmini düzəlt. Əmrimiz gəlincə, qaynaqlar qaynayıb daşınca hər növ (təsərrüfat heyvanı) və əleyhlərinə hökm verilmişlərin xaricindəki ailəni al. Zalımlara görə Mənə müraciət etmə; onlar boğulacaqlar."
Muminun/23:28
"Sən və bərabərindəkilər gəmiyə yerləşdiyinizdə, 'Bizi o zalım insanlardan qurtaran Allaha təriflər olsun,' de."
Muminun/23:29
"Və, 'Rəbbim, məni mübarək bir yerə endir. Sən endirənlərin ən yaxşısısan!' de."
Muminun/23:30
Bunda işarətlər və dərslər vardır. Biz əlbəttə sizi sınamaqdayıq.
Nuh/71:1
"Onlara ağrılı-acılı əzab gəlməmişdən öncə xalqını xəbərdar et," deyə Nuhu xalqına göndərdik.
Nuh/71:2
Dedi ki, "Ey xalqım! Mən, sizin üçün açıq-aşkar xəbərdarlıq edən biriyəm."
Nuh/71:3
"Allaha qulluq edin, Onu saya salın və məni izləyin."