Ənkəbut - 29:15 Onu və gəmi əhlini qurtarıb hər kəsə ibrət etdik.
Rəbbimiz öncəki cəmiyyətlərin xəbərlərini (tarixini) bizə nə üçün nəql edir?
Əraf/7:100 Öncəki nəsillərin yerinə yer üzünə varis olanlara bəlli olmadımı ki, əgər istəsək onları da günahlarıyla cəzalandıraraq qəlblərini möhürləyərik sonra da, eşidə bilməzlər.

Şəms/91:14 Onu yalanlayıb dəvəni boğazladılar. Bunun üzərinə Rəbləri günahlarından ötrü onları silib yerlə-yeksan etdi.

Ta ha/20:128 Öncəki nəsillərin yaşayış yerlərində dolaşanlar, onları məhv etməyimizdən dərs almırlarmı? Bunda ağıl sahibləri üçün işarətlər və dəlillər vardır.

Səcdə/32:26 Onlardan öncə neçə-neçə nəsilləri məhv etməmiz üzərində heç düşünmədilərmi? (Ona görə) ki, indi onların yurdlarında gəzib-dolaşırlar. Bunda dərslər və işarətlər vardır. Eşitmirlərmi?

Yusuf/12:111 Onların tarixində, şüur sahibləri üçün bir dərs vardır. Bu, uydurma bir hədis deyil; fəqət özündən öncəkilərin təsdiqləyicisi, hər şeyin detallı açıqlaması və iman edənlər üçün bir hidayət və Rəhmətdir.

Hud/11:120 Könlünü gücləndirmək üçün elçilərin tarixlərindən sənə yetərincə nəql etməkdəyik. Bunda, sənin üçün gerçək və iman edənlər üçün də bir aydınlatma və xəbərdarlıq gəlmişdir.

Ta ha/20:113 Biz, beləcə onu ərəbcə bir Quran olaraq nazil etdik. Müttəqi davranarlar və ya onlar üçün bir öyüd olar deyə, onda gələcəyin xəbərlərini müxtəlif şəkillərdə açıqladıq.

Yusuf/12:3 Sənə bu Quranı vəhy edərək, sənə ən gözəl bir təbir ilə tarixi nəql edirik. Sən daha öncə bundan xəbərsiz idin.