Ənkəbut - 29:7
İman edib müttəqi davrananların pisliklərini əlbəttə örtəcəyik və etdiklərinin daha yaxşısı ilə onları mükafatlandıracağıq.
İman edənlər necə günahlar işləyərlər?
Furqan/25:70
Ancaq iman edib müttəqi bir həyat sürənlər xaric. Allah onların günahlarını yaxşılıqlara çevirər. Allah Bağışlayandır, Rəhmlidir!
Furqan/25:69
Dirilmə günü cəzaları qat-qat artırılar və alçaldılmış olaraq orada əbədi qalarlar.
Furqan/25:68
Onlar, Allah ilə birlikdə başqa tanrılar çağırmazlar; Allahın qadağan etdiyi canı haqsız yerə öldürməzlər və zina etməzlər. Bunları işləyən, günahların hesabını ödəyər.
Furqan/25:67
Onlar verərkən israfçılıq və xəsislik etməz, ikisi arasında yerli-yerində xərcləyərlər.
Nisa/4:31
Böyük qadağalardan çəkinərsəniz günahlarınızı örtər və sizi şərəfli bir girişlə qəbul edərik.
Nəcm/53:32
Onlar, böyük günahlardan və pisliklərdən çəkinərlər, yalnız kiçik günahlar işləyərlər. Rəbbinin bağışlaması əngindir. Sizi torpaqdan yaradarkən və analarınızın qarınlarında cənin (rüşeym) halında ikən sizi yaxşı bilməkdədir. Elə isə özünüzü (tərifləyib) təmizə çıxarmayın! O, müttəqiləri yaxşı bilir.