Bəqərə - 2:107 Göylərin və yerin hökmranlığının Allaha aid olduğunu bilmirsənmi? Sizin Allahdan başqa Sahibiniz və Yardımçınız yoxdur.
O gün inkar edənlərə yardım edilməz:
Ali İmran/3:22 Onlar, dünya və axirətdə etdikləri boşa çıxanlardır. Onlara yardım edən də olmayacaq.

Nisa/4:145 İkiüzlülər (münafiqlər) Atəşin ən aşağı qatındadır; Onlara yardım edəcək kimsə tapa bilməzsən.

Ənam/6:94 "Sizi ilk dəfə yaratdığımız kimi Bizə tək olaraq gəldiniz. Sizə xəyal kimi göstərdiyimiz şeyləri ardınızda buraxdınız. Haqqınızda (veriləcək qərarda Tanrı ilə) ortaq davranacaqlarını iddia etdiyiniz şəfaətçilərinizi yanınızda görmürük. Aranızdakı bağlar kəsilmişdir. İddia etdikləriniz sizi tərk etmişdir."

Ənbiya/21:43 Yoxsa onları Bizə qarşı qoruya biləcək tanrılarımı var?  Halbuki, onlar özlərinə belə yardım edə bilməzlər və Biz də sahib çıxmarıq.

Şuəra/26:92 Onlara belə deyilər, "Hanı qulluq/xidmət etdikləriniz, haradadır -"
Şuəra/26:93 "- O Allahdan başqa? Sizə indi yardım edə bilirlərmi? Özlərinə belə yardımları toxuna bilirmi?"

Şura/42:45 Alçalmış və başları əyilmiş olaraq atəşə göndərilərlərkən göz ucu ilə çevrələrinə baxdıqlarını görərsən. İman edənlər, "Gerçək itkiyə məruz qalanlar, Dirilmə Günündə özlərini və ailələrini itirənlərdir. Zalımlar sürəkli bir əzaba məhkum olmuşdur," deyərlər.
Şura/42:46 Onların, Allahdan başqa özlərinə yardım edəcək bir dostları yoxdur. Allahın azdırdığı kimsə üçün bir yol tapılmaz.

Mulk/67:20 Rəhmandan başqa sizə yardım edəcək o ordularınız haradadır? Gerçəkdən, inkar edənlər aldanmaqdadırlar.