Bəqərə - 2:126 İbrahim: “Rəbbim, buranı təhlükəsiz yer et, Allaha və Axirət gününə iman edən insanlara məhsullarla ruzi ver," deyincə, "İnkar edənə də ruzi verəcəyəm. Ona qısa bir müddət dolanışıq verər, sonra onu atəş cəzasına məhkum edərəm. Ora, necə də pis bir gediş yeridir!" - dedi.
Dirilmə günü inkar edənlər dünyada çox qısa qaldıqlarını sanarlar:
Yunus/10:45 Onları topladığımız gün, sanki gündüzdən bir saat qədər (dünyada) qalmışlar kimi bir-birlərini tanıyarlar. Allah ilə qarşılaşmanı yalanlayanlar ziyana uğrayanlardır. Doğrunu da tapa bilməyənlərdir.

Ta ha/20:103 Aralarında gizli-gizli danışırlar, "Siz (dünyada) sadəcə on qaldınız."
Ta ha/20:104 Onların nə danışdığını yaxşı bilirik. Ən doğru fikir irəli sürənləri, "Siz sadəcə bir gün qaldınız," deyirdi.

Muminun/23:112 Dedi ki, "Yer üzündə neçə il qaldınız?"
Muminun/23:114 Dedi ki, "Siz gerçəkdən çox qısa bir müddət qaldınız, kaş ki, bilsəydiniz."

Rum/30:55 Saat (dünyanın sonu) gerçəkləşdiyi zaman, günahkarlar, (dünyada) ancaq bir saat qaldıqlarına and içərlər. Onlar bax belə yanılırdılar.

Əhqaf/46:35 Qərarlı və əzmkar elçilər necə səbr etdisə, sən də səbr et və onlar üçün tələsmə. Onlar, özlərinə söz veriləni gördüklərində, (sanki dünyada) gündüzün bir saatı qədər qalmışdırlar. Bu bir bildirişdir: Yoldan çıxmış topluluqlardan başqasımı məhv edilir?

Naziat/79:46 Onu gördükləri gün, sankı (dünyada) bir axşam və ya quşluq vaxtı qədər qalmışdırlar.