Bəqərə - 2:140 İbrahimin, İsmailin, İshaqın, Yəqubun və nəvələrinin Yəhudi və ya Xristian olduğunumu iddia edirsiniz? De ki: “Siz daha yaxşı bilirsiniz, yoxsa Allah?” Allahın bildirdiyini gizləyəndən daha zalım kim ola bilər? Allah etdiklərinizdən qafil deyil."
İbrahim (ə.s) və soyu haqqında gerçək:
Ali İmran/3:65 Ey Kitab əhli! Nə üçün İbrahim haqqında mübahisə edirsiniz? Halbuki Tövrat da, İncil də ondan sonra nazil edildi. Ağlınızı işlətməyəcəksiniz?
Ali İmran/3:66 Məlumat sahibi olduğunuz mövzularda mübahisə edirsiniz! Bəs haqqında heç bir məlumata sahib olmadığınız bir mövzuda necə mübahisə edə bilirsiniz? Siz bilməyə bilərsiniz; amma Allah bilir.
Ali İmran/3:67 İbrahim nə Yəhudi idi, nə də Xristian; Təkallahlı (hənif) bir müsəlmandı. Heç bir zaman ortaq qoşanlardan olmadı.

Bəqərə/2:133 Yəqub can verərkən şahid olsaydınız. O, övladlarına: "Məndən sonra kimə qulluq edəcəksiniz?" - deyə soruşmuşdu. Onlar da, "Sənin Tanrın, ataların İbrahim, İsmail və İshaqın Tanrısı olan tək Tanrıya qulluq edəcəyik, biz Ona təslim olanlarıq," - demişdilər.