Bəqərə - 2:144
Üzünü göyə çevirib durduğunu görürük. Səni, razı qalacağın bir qibləyə çevirəcəyik. Artıq üzünü Müqəddəs Məscidə çevir. Harada olursunuzsa olun üzlərinizi o yönə çevirin. Şübhəsiz, özlərinə kitab verilənlər, bunun Rəblərindən gələn bir gerçək olduğunu bilirlər. Allah onların etdiyindən qafil deyildir.
Kitab əhlinin çoxu iman etməz:
Ali İmran/3:110
Siz, insanlar üçün (üzə) çıxarılmış ən yaxşı topluluqsunuz. Yaxşılığı öyüd-nəsihət edir, pislikdən çəkindirir və Allaha iman edirsiniz. Kitab əhli iman etsəydi, özləri üçün yaxşı olardı. İçərilərində iman edənlər olmaqla birlikdə əksəriyyəti yoldan çıxmışdır.
Hədid/57:16
İman edənlər üçün Allahın mesajına və nazil olan gerçəyə könüllərini açmağın vaxtı gəlmədimi? Daha öncə özlərinə kitab verilənlər kimi olmasınlar; onların üzərindən uzun zaman keçincə qəlbləri qatılaşmışdı. Onların əksəriyyəti yoldan çıxmış kimsələrdir.
Hədid/57:27
Sonra onların ardınca dalbadal elçilərimizi göndərdik. Məryəm oğlu İsanı da göndərdik və ona İncili verdik. Onun ardınca gedənlərin könüllərinə şəfqət və mərhəmət qoyduq. Fəqət, Bizim onlar üçün təsdiqləmədiyimiz (buyurmadığımız) bir ruhbanlıq (rahiblik) uydurdular. Halbuki onlardan sadəcə Allahı razı edəcək xüsuslara uymalarını istəmişdik. Üstəlik ruhbanlığa (rahibliyə) də lazımınca riayət etmədilər. Aralarından iman edənlərə mükafatlarını verdik; ancaq çoxları yoldan çıxmışlardı.
Maidə/5:59
De: “Kitablılar! Allaha, bizə nazil edilənə və öncəki nazil edilənlərə iman etdik deyəmi, yoldan çıxmış olan əksəriyyətinizlə birlikdə bizə qarşı nifrət bəsləyirsiniz?"