Bəqərə - 2:144 Üzünü göyə çevirib durduğunu görürük. Səni, razı qalacağın bir qibləyə çevirəcəyik. Artıq üzünü Müqəddəs Məscidə çevir. Harada olursunuzsa olun üzlərinizi o yönə çevirin. Şübhəsiz, özlərinə kitab verilənlər, bunun Rəblərindən gələn bir gerçək olduğunu bilirlər. Allah onların etdiyindən qafil deyildir.
Qiblə nədir?
Bəqərə/2:125 Kəbəni insanlar üçün bir diqqət mərkəzi və bir güvənlik yeri etdik. İbrahimin məqamını bir namaz yeri olaraq istifadə edin! “Ziyarətçilər, özünü ibadətə verənlər və əyilib səcdə edənlər üçün ikiniz evimi təmiz saxlayın", deyə İbrahim və İsmaili görəvləndirmişdik.