Bəqərə - 2:152
Məni xatırlayın ki, Mən də sizi xatırlayım. Mənə təşəkkür edin; nankorluq etməyin.
Hər an Allahı xatırlayıb düşünməliyik.
Əhzab/33:41
Ey iman edənlər, Allahı daha çox xatırlayın!
Əhzab/33:42
Onu səhər-axşam Ucaldın.
Rum/30:17
Elə isə, gecə vaxtı bir küncə çəkildiyiniz və səhər vaxtı qalxdığınız zaman Allahı təriflə xatırlayın.
Əraf/7:205
Rəbbini könüldən yalvararaq, gizlicə və səssizcə səhər-axşam xatırla; qafillərdən olma.
İnsan/76:25
Rəbbinin ismini xatırla, səhər-axşam.
İnsan/76:26
Gecə vaxtı Ona səcdə et və Onu uzun gecələrdə ucalt.
Ta ha/20:130
Sözlərinə qarşı dözümlü ol, günəşin doğmasından və batmasından öncə Rəbbini ucaldaraq xatırla. Gecə vaxtı və günün hər iki ucunda da xatırla ki, xoşbəxt ola biləsən.
Hicr/15:98
Rəbbini ucaldıb şövqlə xatırla və yerlərə qapan.
Muzzəmmil/73:8
Rəbbinin ismini xatırla və bütün könlünlə Ona yönəl.
Ali İmran/3:41
"Rəbbim, mənə bir əlamət ver, - dedi. "Əlamətin, üç gün işarə ilə anlaşmaqdan başqa insanlarla danışmamandır. Rəbbini daha çox xatırla və səhər-axşam Onu düşün.”
Məryəm/19:11
Məbəddən insanların arasına çıxdı və, "Onu (Allahı) səhər-axşam düşünüb xatırlayın," deyə onlara işarətlə bildirdi.
Həşr/59:19
Allahı unutduqları üçün, Onun da özlərini özlərinə unutdurduğu kimsələr kimi olmayın. Onlar yoldan çıxmışlardır.
Muminun/23:107
"Rəbbimiz, bizi buradan çıxart! Əgər (köhnə vəziyyətimizə) dönərsək artıq biz gerçəkdən zalımlarıq."
Muminun/23:108
Deyəcək ki, "Qalın orada, Mənimlə danışmayın."
Muminun/23:109
"Qullarımdan bir qrup, 'Rəbbimiz, iman etdik, bizi bağışla, bizə mərhəmət et! Sən mərhəmət edənlərin ən mərhəmətlisisən!' deyirdi."
Muminun/23:110
"Siz isə onları məsxərəyə qoyurdunuz və onlar üzündən Məni xatırlamağı unutdunuz. Onlara gülürdünüz."