Bəqərə - 2:159 Nazil etdiyimiz açıq-aydın dəlilləri və hidayəti, -Biz kitabda insanlara açıqladıqdan sonra- gizləyənləri həm Allah, həm də lənətləyənlər lənətləyər.
İnkar edənlər Allahın, mələklərin lənətinə layiqdir:
Ali İmran/3:86 İman etdikdən, elçinin doğru olduğuna şahid olduqdan və özlərinə açıq-aydın dəlillər gəldikdən sonra inkar edən bir camaatı, Allah necə doğruya yönəldər? Allah zalım camaatı hidayətə yetişdirməz.
Ali İmran/3:87 Onlar, həm Allahın, həm mələklərin və həm də insanların lənətini qazanar!

Bəqərə/2:161 İnkar edib inkarçı olaraq ölənlər, onlar, həm Allahın, həm mələklərin və həm də insanların lənətini qazanar!