Bəqərə - 2:16
Onlar hidayət qarşılığında sapıqlığı satın aldı. Ticarətləri nə qazanc verər, nə də onları gerçəyə qovuşdurar.
İkiüzlülər üçün Rəbbimizi hökmü:
Nisa/4:140
Sizə kitabda bildirmişdir ki: Allahın ayələrinin inkar edilib məsxərəyə qoyulduğunu eşitdiyiniz zaman, onlar başqa bir sözə keçincəyə qədər onlarla birlikdə oturmayın; yoxsa siz də onlar kimi olarsınız. Allah bütün ikiüzlüləri (münafiqləri) və inkar edənləri Cəhənnəmdə toplayacaqdır.
Nisa/4:145
İkiüzlülər (münafiqlər) Atəşin ən aşağı qatındadır; Onlara yardım edəcək kimsə tapa bilməzsən.
Tovbə/9:68
Allah, ikiüzlü kişilərə, ikiüzlü qadınlara və kafirlərə əbədi qalacaqları Cəhənnəm atəşini söz verir. O onlara yetər! Allah onları lənətləmişdir və onlar üçün tükənməz bir əzab vardır.
Tovbə/9:73
Ey Peyğəmbər, kafirlərə və ikiüzlülərə qarşı mücadilə et və onlara qarşı sərt davran. Varacaqları yer cəhənnəmdir. Ora necə də pis bir dönüş yeridir!
Tovbə/9:101
İstər çevrənizdən və istərsə də şəhər camaatından olan Ərəblərdən bəziləri ikiüzlüdür. İkiüzlülükdə həyasızlaşmışdırlar. Sən onları bilməzsən, Biz onları bilirik. Onları ikiqat əzabla cəzalandıracağıq və sonra da böyük bir əzaba uğradılacaqlar.
Əhzab/33:24
Allah beləcə doğruları doğruluqları ilə mükafatlandırır. İkiüzlüləri də istəyərsə cəzalandırar və ya tövbələrini qəbul edər. Allah Bağışlayandır, Rəhmlidir.
Hədid/57:12
İman edən kişilərin və qadınların nurlarının önlərindən və sağ yanlarından yayıldığını gördüyün gün, "Müjdə, bu gün davamlı olaraq qalacağınız, altlarından çaylar axan cənnətlər var. Bu, ən böyük zəfərdir."
Hədid/57:13
O gün, ikiüzlü kişilər və qadınlar iman edənlərə, "Bizə baxın ki, sizin nurunuzdan alaq," deyəcəklər. Onlara, "Geriyə dönün ki, nur axtarın," deyilər. Aralarına, iç tərəfdəki mərhəmətlə, çöl tərəfdəki əzabı ayıran qapılı bir əngəl qoyulacaqdır.
Hədid/57:14
"Biz sizinlə birlikdə deyildikmi?" deyə onlara səslənərlər. "Bəli," deyərlər. "Ancaq siz özünüzü aldatdınız, gözlədiniz, şübhələr bəslədiniz və Allahın qərarı gəlincəyə qədər yersiz və yanlış düşüncələrlə özünüzü məşğul edib zamanınızı xərclədiniz. Aldadıcı, sizi Allah haqqında yanıltdı.
Hədid/57:15
Bu gün nə sizdən, nə də inkar edənlərdən bir fidyə qəbul edilməz. Yeriniz cəhənnəmdir; mövlanız/sahibiniz odur. Nə pis bir məskəndir.
Munafiqun/63:6
Onlar üçün bağışlanma diləsən də, diləməsən də, eynidir; Allah onları bağışlamayacaqdır. Allah yoldan çıxmış topluluğu doğruya yetişdirməz.
Təhrim/66:9
Ey Peyğəmbər, kafirlərə və ikiüzlülərə qarşı mücadilə et və onlara qarşı sərt davran. Yerləri cəhənnəmdir. Necə də pis bir məskəndir.