Bəqərə - 2:164
Göylərin və yerin yaradılışında, gecənin və gündüzün bir-birilə yer dəyişdirməsində, insanların faydası üçün okeanda axıb gedən gəmilərdə, Allahın göydən su endirib ölümündən sonra yer üzünü diriltməsində və orada yaydığı hər növ canlıda, küləkləri və göy ilə yer arasında hazır olan buludları fırladıb çevirməsində ağlını istifadə edən bir camaat üçün əlbəttə ayələr (dərslər və dəlillər) vardır.
Yer üzündə bizim üçün yaradılanlar:
Qaf/50:7
Yer üzünü genişlədib içinə sağlam dağlar yerləşdirdik və cürbəcür gözəl bitkilər.
Qaf/50:9
Və göydən bərəkətli bir su endirərək, onunla bağçalar və biçiləcək dənələri (dənli bitkiləri) bitirdik.
Qaf/50:10
Salxım-salxım tumurcuqlara sahib yüksək xurma ağacları yetişdirdik.
Hicr/15:19
Yer üzünü genişlədib içinə sağlam dağlar yerləşdirdik və orada hər şeyi mükəmməl bir ölçüyə görə bitirdik.
Hicr/15:20
Orada həm sizin üçün, həm də sizin qidalandırmadığınız canlılar üçün yaşaya biləcək bir mühit yaratdıq.
Hicr/15:21
Heç bir şey yoxdur ki, onun xəzinələri Bizim yanımızda olmasın, ancaq Biz onu müəyyən edilmiş bir ölçü ilə endiririk.
Hicr/15:22
Küləkləri dölləndirici (tozlandırıcı) olaraq göndərdik; göydən bir su endirib sizi onunla suladıq. Halbuki siz onu yığıb saxlaya bilməzdiniz.
Nəhl/16:10
O ki, göydən bir su endirdi, ondan içərsiniz və yenə faydalandığınız ağacları onunla sulayarsınız.
Nəhl/16:11
Onunla sizin üçün əkin, zeytun, xurma ağacları, üzümlər və hər növ meyvələr bitirməkdədir. Düşünən bir camaat üçün bunda əlbəttə bir ayə (dərs) vardır.
Nəhl/16:12
Gecəni, gündüzü, günəşi və ayı xidmətinizə sundu. Ulduzlar da Onun əmri altındadır. Ağlını istifadə edən bir camaat üçün əlbəttə bunda işarətlər vardır.
Nəhl/16:13
Və sizin üçün yer üzündə yaratdığı müxtəlif rəngli şeyləri də... Düşünən bir camaat üçün əlbəttə bunda bir dərs vardır.
Nəhl/16:14
O ki, dənizi əmrinizə sunmuşdur; ondan təzə ət yeyirsiniz, ondan geyim və zinət üçün süslər çıxarırsınız. Gəmilərin dənizi yara-yara axıb getdiyini görürsünüz. Beləcə Onun lütfünü axtararsınız və bəlkə Ona şükür edərsiniz.
Nəhl/16:15
Və silkələnməməyiniz üçün yer üzünə tarazlıq təminedicilər atıb yerləşdirdi, yolu tapa bilməniz üçün də çaylar və yollar,
Nəhl/16:16
Və gözə dəyən işarətlər... Ulduzlarla da yol tapırlar.
Ta ha/20:53
O ki yer üzünü sizin üçün yaşayış yeri etdi, sizin üçün onda yollar açdı, göydən bir su endirdi və həmçinin onunla cürbəcür bitkilər bitirdik.
Ta ha/20:54
Kənd təsərrüfatı heyvanlarını yeyin, otarın. Zəka sahibləri üçün bunda ayələr vardır.
Rad/13:3
O ki, Yer üzünü inşa edib, üzərinə sağlam dağlar, çaylar və erkəkli-dişili yaratdığı hər cür meyvəni yerləşdirdi. Gecəni gündüzə bürüyür. Düşünən bir camaat üçün əlbəttə bunda işarətlər və dərslər vardır.
Fussilət/41:9
De ki, "Siz yeri iki gündə yaradanımı inkar edirsiniz və Ona ortaqlarmı qoşursunuz? O, aləmlərin Rəbbidir."
Fussilət/41:10
Onun üstündə tarazlıq qoruyucuları yerləşdirdi və onu bərəkətli etdi. Bütün axtarıb istəyənlər üçün onun qidalarını dörd gündə ölçüb nizama saldı.
Ənbiya/21:31
Onları yırğalamasın deyə yer üzündə dağları yerləşdirdik. Yolu tapa bilmələri üçün onda geniş keçidlər açdıq.
Rahmən/55:10
Yer üzünü bütün məxluqlar üçün yaratdı.
Rahmən/55:11
Orada meyvələr, salxımlı xurma ağacları vardır.
Rahmən/55:12
Qabıqlı dənli və xoş qoxulu bitkilər (ədviyyat bitkiləri).
Nəml/27:61
Yer üzünü bir məskunlaşma mərkəzi edən, aralarından çaylar çıxaran, üzərinə sağlam dağlar yerləşdirən və hər iki suyun arasına bir əngəl (maneə) qoyan kimdir? Allah ilə birlikdə başqa bir tanrıdır? Doğrusu, onların çoxu bilməz.
Loğman/31:10
Göyləri, gördüyün bir dirək olmadan yaratmışdır. Və silkələnməməyiniz üçün yer üzünə tarazlıq təminedicilər atıb yerləşdirdi və orada hər növ məxluqu yaydı. Göydən bir su yağdırdıq və orada hər gözəl cütü bitirdik.
Ğafir/40:64
Allah yer üzünü sizin üçün bir məskən, göyü də bir yapı edəndir. Sizə surət verib surətinizi gözəl edən və sizi qidalarla bəsləyəndir. Rəbbiniz olan Allah budur. Aləmin Rəbbi olan Allah nə Ucadır!
Zuxruf/43:10
O ki, yer üzünü məskunlaşmanız üçün əlverişli etdi və doğru getməniz üçün sizə orada yollar açdı.
Zuxruf/43:11
O ki, göydən bir ölçüyə görə su endirdi, onunla ölü bir ölkəni diriltdik. Bax, siz belə çıxarılacaqsınız.
Zuxruf/43:12
O ki, bütün cütləri yaratdı və minəsiniz deyə sizin üçün gəmilər və kənd təsərrüfatı heyvanları yaratdı.
Zuxruf/43:13
(Ona görə) ki, onların üstünə minəsiniz və onlara mindiyiniz zaman Rəbbinizin sizə olan nemətini düşünərək bunları deyəsiniz: "Bunu bizim əmrimizə verən çox Ucadır. Onları Öz başımıza kontrol altına ala bilməzdik."
Nuh/71:19
Allah yer üzünü sizin üçün bir məskunlaşma yeri etdi.
Nuh/71:20
(Ona görə) ki, orada geniş yollarda gedəsiniz.
Mursəlat/77:27
Üzərinə yüksək dağlar yerləşdirib sizə dadlı su içirtmədikmi?
Naziat/79:30
Və yeri də yumurta formasına saldı.
Naziat/79:31
Ondan suyunu və otlağını çıxartdı.
Naziat/79:32
Dağları da yerləşdirdi.