Bəqərə - 2:171
İnkar edənlərin durumu, sözləri ancaq bağırma və çağırma şəklində eşidərək (anlamadan) təkrarlayan kəs kimidir. Kar, lal və kordurlar; düşünməzlər.
"Kar, lal və kordurlar; düşünməzlər.": Məqsəd nədir?
Furqan/25:73
Onlara Rəblərinin ayələri xatırladıldığı zaman, onlara qarşı kar və kor (kimi) davranmazlar.
Həcc/22:46
Düşünən beyinlərlə və eşidən qulaqlarla yer üzünü gəzib-dolaşmadılarmı? Gerçək korluq, gözlərin korluğu deyil; kökslərdəki könüllərin korluğudur.
İsra/17:72
Bu dünyada kor olanlara gəlincə, onlar axirətdə də kordur və yol baxımından da daha çox azğındır.
Bəqərə/2:18
Kar, lal və kordurlar; yönlərini dəyişdirə bilməzlər.
Ənam/6:50
De: "Sizə, Allahın xəzinələri mənim yanımdadır demirəm. Gizli olan şeyləri də bilmirəm. Sizə, bir mələk olduğumu da söyləmirəm. Sadəcə mənə vəhy ediləni izləyirəm." Bunu da söylə: "Kor ilə görən eynidirmi?" Düşünmürsünüz?
Əraf/7:64
Onu yalanladılar. Bundan sonra onu və onunla birlikdə gəmidə olanları qurtardıq. Ayələrimizi yalan hesab edənləri isə boğduq. Onlar kor bir xalq idi.
Əraf/7:198
Onları hidayətə çağırsan, eşitməzlər. Onların sənə baxdığını görərsən; fəqət onlar görməzlər.
Hud/11:24
Hər iki qrupun nümunəsi, kor və kar olan biri ilə görən və eşidən birinin (halı) kimidir. Durumları eynidirmi? Öyüd almırsınız?
Rad/13:19
Sənə nazil edilənin gerçək olduğunu bilən biri, görməyən kimidirmi? Ancaq ağıl sahibləri öyüd alır.
Nəml/27:80
Sən nə ölülərə eşitdirə bilərsən, nə də arxa çevirib gedən karlara çağırışı eşitdirə bilərsən.
Fatir/35:19
Kor ilə görən eyni olmaz,
Ğafir/40:58
Kor ilə görən eyni olmaz. İman edib müttəqi davrananlar ilə pislik işləyənlər də eyni olmaz. Nə qədər az düşünürsünüz.