Bəqərə - 2:177 Üzünüzü məşriqə və məğribə tərəf çevirməyiniz yaxşılıq deyil. Yaxşılar o kimsələrdir ki, Allaha, axirət gününə, mələklərə, kitaba və peyğəmbərlərə iman edirlər; əqrəbalara, yetimlərə, möhtaclara, yolda qalmışlara, dilənənlərə və kölələri azadlığa qovuşdurmaq üçün sevərək para (pul) yardımı edirlər, namazı qoruyur, zəkatı verir, söz verdiklərində sözlərində dururlar, çətinliyə, sıxıntıya və zülmə qarşı müqavimət göstərirlər. Bax doğru olanlar onlardır, Müttəqi olanlar da onlardır.
İman edənlər verdikləri sözləri də yerinə yetirirlər:
Ənam/6:152 Yetkinlik çağına yetişincəyə qədər yetim malına yaxınlaşmayın. Ölçünü və çəkini doğru dürüst edin. Kimsəyə gücünün yetmədiyi şeyi yükləmərik. Danışdığınız zaman əqrəbanızın əleyhində olsa belə doğru olun. Allaha verdiyiniz sözü tutun. Bunlar, dərs alasınız deyə Onun sizə verdiyi öyüdlərdir.

Əhzab/33:15 Daha öncə də, arxa çevirib qaçmayacaqlarına dair Allaha söz vermişdilər. Allaha verilmiş hər söz sorğu-sual olunacaqdır.

Rad/13:20 Onlar ki, Allaha verdikləri sözü yerinə yetirirlər və sözləşməni pozmazlar.

Qasas/28:27 Dedi ki: "Mənə səkkiz həcc boyunca işləmək şərti ilə səni bu qızlarımdan biri ilə nikahlamaq istəyirəm. İstəyərsən onu ona (on ilə) tamamlaya bilərsən. Səni sıxıntıya salmaq istəmirəm. Allah istəyərsə, məni müttəqi davranan biri olaraq görəcəksən."
Qasas/28:28 Dedi ki, "Bu, səninlə mənim aramda olan bir sözləşmədir (razılaşmadır). Hansı müddəti yerinə yetirərsəm mənə düşmənçilik olmamalıdır. Danışdıqlarımıza Allah zamindir."
Qasas/28:29 Musa, o müddəti bitirib ailəsi ilə birlikdə yola çıxınca Turun yamacında bir atəş gördü və ailəsinə, "Burada dur, mən bir atəş gördüm. Bəlkə sizə ondan bir xəbər və ya bir atəş közü gətirərəm ki, onunla qızınarsınız," dedi.

Əhzab/33:22 İman edənlər, partiyaları (müttəfiqləri) [hücuma hazır] görüncə, "Bax bu, Allahın və elçisinin bizə söz verdiyidir. Allah və elçisi doğru söyləmişdir," dedilər. Bu (təhlükəli vəziyyət), onların ancaq inanclarını və təslimiyyətlərini gücləndirdi.
Əhzab/33:23 İman edənlərdən elə kimsələr var ki, Allaha vermiş olduqları sözü gerçəkləşdirmişdirlər. Onlardan kimisi əhdini yerinə yetirdi (şəhid oldu), kimisi də hazır gözləyir. Heç vaxt qərarsızlığa düşmədilər.

Saffat/37:101 Biz də ona (İbrahimə) həlim xasiyyətli bir oğlan uşağı bağışladıq.
Saffat/37:102 Onunla birlikdə çalışma çağına yetişincə, "Oğlum, röyamda səni boğazlamalı olduğumu görürəm. Nə düşünürsən?" dedi. "Atacan, sənə əmr ediləni yerinə yetir. Allah istəyərsə, məni səbrli görəcəksən," dedi.
Saffat/37:103 Beləcə ikisi də təslim oldu və onu alnı üzərinə yıxdı.
Saffat/37:105 "Sən röyanı yerinə yetirdin." Yaxşıları belə mükafatlandırırıq.

Fəth/48:10 Sənə bağlılıq sözü verənlər (beyət edənlər), Allaha bağlılıq sözü vermişdirlər. Allahın əli onların əlləri üzərindədir. Kim sözünü pozarsa, öz əleyhinə pozmuş olar. Allaha verdiyi sözü yerinə gətirənə isə böyük bir mükafat verəcəyik.
Fəth/48:18 Allah, ağacın altında sənə bağlılıq sözü verən (beyət edən) iman edənlərdən razı olmuşdur. Onların qəlblərində olanı bilmiş, onlara hüzur endirmiş və onları yaxın bir zəfərlə mükafatlandırmışdır.


Məaric/70:32 Onlar etibarlıdırlar, sözlərinə bağlıdırlar;

İnsan/76:7 Onlar sözlərini yerinə yetirərlər və olduqca pis olan bir gündən qorxarlar.

Bəqərə/2:177 Üzünüzü məşriqə və məğribə tərəf çevirməyiniz yaxşılıq deyil. Yaxşılar o kimsələrdir ki, Allaha, axirət gününə, mələklərə, kitaba və peyğəmbərlərə iman edirlər; əqrəbalara, yetimlərə, möhtaclara, yolda qalmışlara, dilənənlərə və kölələri azadlığa qovuşdurmaq üçün sevərək para (pul) yardımı edirlər, namazı qoruyur, zəkatı verir, söz verdiklərində sözlərində dururlar, çətinliyə, sıxıntıya və zülmə qarşı müqavimət göstərirlər. Bax doğru olanlar onlardır, Müttəqi olanlar da onlardır.