Bəqərə - 2:177 Üzünüzü məşriqə və məğribə tərəf çevirməyiniz yaxşılıq deyil. Yaxşılar o kimsələrdir ki, Allaha, axirət gününə, mələklərə, kitaba və peyğəmbərlərə iman edirlər; əqrəbalara, yetimlərə, möhtaclara, yolda qalmışlara, dilənənlərə və kölələri azadlığa qovuşdurmaq üçün sevərək para (pul) yardımı edirlər, namazı qoruyur, zəkatı verir, söz verdiklərində sözlərində dururlar, çətinliyə, sıxıntıya və zülmə qarşı müqavimət göstərirlər. Bax doğru olanlar onlardır, Müttəqi olanlar da onlardır.
Kimsəsiz və Yetimlər Haqqında Quranın Proqnozu:
Bəqərə/2:83 İsrail oğullarından bu cür söz almışdıq: “Allahdan başqasına qulluq/xidmət etməyəcəksiniz, anaya, ataya, yaxınlara, yetimlərə və yoxsullara yaxşılıq edəcəksiniz. İnsanlarla dost kimi danışacaqsınız. Namazı qoruyacaq və zəkatı verəcəksiniz!” Fəqət bundan sonra az bir qisminiz istisna olmaqla, üz çevirib döndünüz.
Bəqərə/2:177 Üzünüzü məşriqə və məğribə tərəf çevirməyiniz yaxşılıq deyil. Yaxşılar o kimsələrdir ki, Allaha, axirət gününə, mələklərə, kitaba və peyğəmbərlərə iman edirlər; əqrəbalara, yetimlərə, möhtaclara, yolda qalmışlara, dilənənlərə və kölələri azadlığa qovuşdurmaq üçün sevərək para (pul) yardımı edirlər, namazı qoruyur, zəkatı verir, söz verdiklərində sözlərində dururlar, çətinliyə, sıxıntıya və zülmə qarşı müqavimət göstərirlər. Bax doğru olanlar onlardır, Müttəqi olanlar da onlardır.
Bəqərə/2:215 Necə yardım edəcəklərini soruşurlar səndən. De ki: “Para (pul) və mal yardımlarınızı ana-ataya, yaxınlara, kimsəsizlərə, yoxsullara və yolda qalmışlara etməlisiniz. İşlədiyiniz hər yaxşılığı Allah bilir.
Bəqərə/2:220 Bu dünya və axirət haqqında... Səndən bir də kimsəsizlər haqqında soruşarlar. De ki: “Onları müttəqi şəxslər olaraq yetişdirməniz ən böyük yaxşılıqdır. Mallarını mallarınıza qatarsanız ailə üzvləriniz olarlar." Allah fəsad törədəni islah edəndən ayırd etməsini bilir. Allah istəsəydi sizi çətinliyə salardı. Allah Güclüdür, Hikmət Sahibidir.

Nisa/4:2 Yetimlərin mallarını özlərinə verin və təmiz olanı pis olanla dəyişməyin. Mallarını öz mallarınıza qatıb yeməyin. Bu böyük bir ədalətsizlik olar.
Nisa/4:3 Yetim qızlar haqqında ədalətli davranmamaqdan qorxursunuzsa, uyğun gördüyünüz qadınların ikisi, üçü və dördü ilə evlənə bilərsiniz. Onlara eyni davranmamaqdan qorxursunuzsa biri ilə və ya andlarınızın/müqavilələrinizin haqq sahibi olduqları ilə kifayətlənin. Azmamağınız üçün ən uyğunu budur.
Nisa/4:5 Allahın sizin himayənizə verdiyi mallarınızı ağılsızlara verməyin. O mallarla onları (yetimləri) bəsləyin, geyindirin və onlarla gözəl əlaqə qurun.
Nisa/4:6 Evlənmə yaşına yetişdiklərində yetimləri sınayın. Onlarda yetkinlik görərsəniz mallarını özlərinə verin. Onlar böyüyüəcək deyə israfçılıq və tələm-tələsiklə mallarını yeməyin. Zəngin, (malın qorunması üçün çəkdiyi zəhmətin haqqından) imtina etsin. Fəqir isə uyğun bir miqdarda xərcləsin. Mallarını onlara (yetimlərə) şahidlər hüzurunda geri verin. Haqq-hesab çəkməyə Allah yetər.
Nisa/4:6 Evlənmə yaşına yetişdiklərində yetimləri sınayın. Onlarda yetkinlik görərsəniz mallarını özlərinə verin. Onlar böyüyüəcək deyə israfçılıq və tələm-tələsiklə mallarını yeməyin. Zəngin, (malın qorunması üçün çəkdiyi zəhmətin haqqından) imtina etsin. Fəqir isə uyğun bir miqdarda xərcləsin. Mallarını onlara (yetimlərə) şahidlər hüzurunda geri verin. Haqq-hesab çəkməyə Allah yetər.
Nisa/4:8 Mirasın bölgü vaxtında, əqrəbalar, yetimlər və yoxsullar da iştirak edərlərsə, gözəl sözlər söyləyərək onlara da verin.
Nisa/4:10 Yetimlərin mallarını haqsız yerə yeyənlər qarınlarını atəşlə doldurmuş olarlar və cəhənnəmi boylayacaqlar.
Nisa/4:36 Allaha qulluq/xidmət edin, Ona heç bir şeyi və kimsəni ortaq qoşmayın. Ana-ataya, yaxınlara, yetimlərə, yoxsullara, yaxın və uzaq qonşuya, yanınızdakı yoldaşa, yolçuya (müsafirə) və andlarınızın/razılaşmalarınızın (müqavilələrinizin) haqq sahibi olduqlarına yaxşı davranın. Allah özünü bəyənmiş təkəbbürlü şəxsləri sevməz.
Nisa/4:127 Səndən qadınlar haqqında soruşurlar. De ki, “Allah bu kitab yoluyla qadınlar haqqında sizi aydınladır. Qanuni haqları olan mallarını verməyib özləriylə evlənmək istədiyiniz yetim qadınlar və (onların) zavallı uşaqları haqqında Kitabda sizə oxunan ayələr yetimlərə qarşı ədalətli davranmağınızı əmr etməkdədir. Etdiyiniz hər yaxşılığı Allah bilir."

Ənam/6:152 Yetkinlik çağına yetişincəyə qədər yetim malına yaxınlaşmayın. Ölçünü və çəkini doğru dürüst edin. Kimsəyə gücünün yetmədiyi şeyi yükləmərik. Danışdığınız zaman əqrəbanızın əleyhində olsa belə doğru olun. Allaha verdiyiniz sözü tutun. Bunlar, dərs alasınız deyə Onun sizə verdiyi öyüdlərdir.

İsra/17:34 Yetimlərin malına, yetkinlik çağına çatana qədər toxunmayın; faydaları üçün olarsa başqa. Və verdiyiniz sözləri yerinə yetirin. Çünki verdiyiniz sözdən sorğu-sual olunacaqsınız.

Əhzab/33:4 Allah heç bir kəsin içinə iki qəlb qoymamışdır. Ananıza bənzədərək özünüzə haram etdiyiniz zövcələrinizi analarınıza çevirməmiş, övladlığa götürdüklərinizi də öz övladlarınız etməmişdir. Bütün bunlar, ağzınızdan çıxan sözlərinizdən ibarətdir. Allah doğrunu söyləyir və O doğru yola yönəldir.
Əhzab/33:5 Onları, öz atalarıyla bağlarını kəsməyəcək şəkildə çağırın. Bu davranış, Allah qatında daha doğrudur. Atalarını bilmirsinizsə, o zaman onlar sizin din qardaşlarınızdır və ailənizin üzvləridir. Qəsdən etdikləriniz bir yana, yanılaraq etdiyiniz şeylərdə sizə bir cavabdehlik yoxdur. Allah Bağışlayandır, Rəhmlidir.

İnsan/76:8 Yoxsula, yetimə və dustağa sevdikləri yeməkləri yedirərlər.