Bəqərə - 2:177 Üzünüzü məşriqə və məğribə tərəf çevirməyiniz yaxşılıq deyil. Yaxşılar o kimsələrdir ki, Allaha, axirət gününə, mələklərə, kitaba və peyğəmbərlərə iman edirlər; əqrəbalara, yetimlərə, möhtaclara, yolda qalmışlara, dilənənlərə və kölələri azadlığa qovuşdurmaq üçün sevərək para (pul) yardımı edirlər, namazı qoruyur, zəkatı verir, söz verdiklərində sözlərində dururlar, çətinliyə, sıxıntıya və zülmə qarşı müqavimət göstərirlər. Bax doğru olanlar onlardır, Müttəqi olanlar da onlardır.
İman edənlər bütün peyğəmbərlərə iman edir və peyğəmbərlər arasında ayrı-seçkilik etməzlər:
Nisa/4:136 Ey iman edənlər! Allaha, elçisinə, elçisinə nazil etdiyi kitaba və daha öncədən nazil etdiyi kitaba iman edin! Kim Allahı, mələklərini, kitablarını, elçilərini və axirət gününü inkar edərsə tamamilə azmış olar.

Bəqərə/2:136 “Allaha, bizə nazil edilənə, İbrahim, İsmail, İshaq, Yəqub və nəvələrinə nazil edilənlərə, Musaya, İsaya verilənə, və bütün peyğəmbərlərə Rəbbi tərəfindən verilənlərə iman etdik. Onların heç biri arasında fərq qoymarıq. Biz sadəcə Ona təslim olanlarıq,” - deyin.
Bəqərə/2:285 Elçi, Rəbbindən ona nazil edilənə iman etdi, iman edənlər də... Hamısı, Allaha, mələklərinə, kitablarına və elçilərinə iman edirlər: "Elçilərinin arasında heç bir fərq qoymarıq.” Deyərlər ki: "Eşitdik və tabe olduq. Rəbbimiz bizi bağışla; dönüş Sənədir."

Ali İmran/3:84 De ki: “Allaha, bizə nazil edilənə, İbrahimə, İsmailə, İshaqa, Yəquba və nəvələrinə nazil edilənə; Musaya, İsaya və peyğəmbərlərə Rəbləri tərəfindən verilənə iman etdik. Onların heç birinin arasında fərq qoymarıq və biz Ona təslim olanlarıq!”
Ali İmran/3:199 Kitablıların elələri var ki, Allaha, sizə nazil edilənə, özlərinə nazil edilənə iman edirlər, Allaha qarşı dərin hörmətə sahibdirlər. Allahın ayələrini az bir dəyərə satmazlar. Onların mükafatları Rəblərinin yanındadır. Allah haqq-hesabı tez çəkəndir.

Nisa/4:162 Ancaq aralarındakı dərin elm sahibləri və iman edənlər, sənə nazil edilənə və səndən öncə nazil edilən(lər)ə iman edir. Namazı qoruyur, zəkatı verir, Allaha və Axirət gününə iman edirlər; bunlara böyük bir mükafat verəcəyik.

Ənkəbut/29:46 Kitab əhli ilə, zalım olanları xaric ən gözəl bir tərzdə mübahisə edin və: "Bizə nazil edilənə iman etdik və sizə nazil edilənə də iman etdik. Bizim Tanrımız, sizin də Tanrınız birdir. Biz sadəcə Ona təslim olduq," deyin.