Bəqərə - 2:177
Üzünüzü məşriqə və məğribə tərəf çevirməyiniz yaxşılıq deyil. Yaxşılar o kimsələrdir ki, Allaha, axirət gününə, mələklərə, kitaba və peyğəmbərlərə iman edirlər; əqrəbalara, yetimlərə, möhtaclara, yolda qalmışlara, dilənənlərə və kölələri azadlığa qovuşdurmaq üçün sevərək para (pul) yardımı edirlər, namazı qoruyur, zəkatı verir, söz verdiklərində sözlərində dururlar, çətinliyə, sıxıntıya və zülmə qarşı müqavimət göstərirlər. Bax doğru olanlar onlardır, Müttəqi olanlar da onlardır.
Mələklərə iman edirlər:
Ali İmran/3:80
Və sizə, mələkləri və peyğəmbərləri rəblər qəbul etməyinizi də əmr etməz. Siz müsəlman olduqdan sonra, sizə heç inkar etməyi əmr edərmi?
Ali İmran/3:124
İman edənlərə bunları deyirdin: “Endirilmiş üç min mələk ilə Rəbbinizin sizi dəstəkləməsi, sizə yetərli deyilmi?”
Nisa/4:136
Ey iman edənlər! Allaha, elçisinə, elçisinə nazil etdiyi kitaba və daha öncədən nazil etdiyi kitaba iman edin! Kim Allahı, mələklərini, kitablarını, elçilərini və axirət gününü inkar edərsə tamamilə azmış olar.