Bəqərə - 2:186 Qullarım Məni səndən soruşarlarsa, bilsinlər ki, Mən yaxınam. Məni çağırdığı vaxt çağıranın çağırışına qarşılıq verirəm. Doğru yolu tapa bilmələri üçün onlar da Mənə qarşılıq verməli və Mənə iman etməlidir.
"Məni çağırdığı vaxt çağıranın çağırışına cavab verirəm.": Numunə
Qasas/28:24 Onlar üçün suladı, sonra kölgəyə çəkildi və dedi: "Rəbbim, Sənin mənə bağışlayacağın hər şeyə möhtacam."

Bəqərə/2:186 Qullarım Məni səndən soruşarlarsa, bilsinlər ki, Mən yaxınam. Məni çağırdığı vaxt çağıranın çağırışına qarşılıq verirəm. Doğru yolu tapa bilmələri üçün onlar da Mənə qarşılıq verməli və Mənə iman etməlidir.

Nəml/27:62 Darda qalmışın çağırışına qarşılıq verən, pisliyi aradan qaldıran və sizi yer üzünün varisləri edən kimdir? Allah ilə birlikdə başqa bir tanrıdır? Nə qədər az öyüd alırsınız?

Şura/42:26 İman edib müttəqi davrananların çağırışına cavab verir və onlara lütfünü artırır. İnkar edənlər isə çətin (şiddətli) bir cəzaya layiq görülmüşdür.

Rad/13:14 Gerçək dua Ona yönəldiləndir. Ondan başqa çağırdıqları isə onlara heç bir şəkildə qarşılıq verə bilməzlər. Eyni suya ovuclarını uzadan; ancaq ağzına heç bir şey yetişməyən kimsə kimi... İnkar edənlərin duası boşunadır.

Ənam/6:63 De ki: "Gizli və açıq olaraq: 'Bizi bundan qurtarsan şükür edənlərdən olacağıq' deyə Ona yalvardığınızda sizi qurunun və dənizin qaranlıqlarından kim qurtara bilər?"
Ənam/6:64 De ki: "Ondan və bütün sıxıntılardan sizi Allah qurtarır. Buna rəğmən siz yenə ortaq qoşursunuz."

Əraf/7:189 O Sizi tək bir nəfsdən (eyni genetik xüsusiyyətdən) yaratdı. Ondan da zövcəsini yaratdı ki, sükunət tapsın. Zövcəsinə yaxınlaşınca, yüngül bir yüklə yükləndi və onunla dolaşdı. Yükü ağırlaşınca hər ikisi Rəbləri Allaha: "Bizə qüsursuz bir övlad verərsən şükür edənlərdən olacağıq," deyə yalvardılar.
Əraf/7:190 Onlara qüsursuz bir övlad verincə, Onun onlara verdiyi bu hədiyəylə əlaqəli olaraq Ona ortaqlar qoşmağa başladılar. Allah onların ortaq qoşduqları hər şeydən çox Ucadır.

Ənbiya/21:89 Zəkəriyya da... Rəbbinə belə yalvarmışdı: "Rəbbim, məni tək buraxma; Sən varislərin ən yaxşısısan."
Ənbiya/21:90 Duasını qəbul etdik və ona Yəhyanı verdik. Onun üçün arvadının durumunu düzəltdik. Çünki onlar yaxşı işlərdə yarışırlar, Bizə ümid edərək və qorxaraq yalvarırdılar. Onlar Bizə hörmət edənlərdi.
Ənbiya/21:87 ZanNun (yəni ismində 'Nun' hərfi olan Yunus) da... Etiraz edərək görəvini tərk etmişdi. Onu kontrol edə bilməyəcəyimizi sandı. Nəhayət, (balığın qarnındakı) qaranlıqlar içində, "Səndən başqa tanrı yoxdur. Sən Ucasan. Mən yanlış davrandım," deyə yalvardı.
Ənbiya/21:88 Yalvarışına qarşılıq verdik və onu üzüntüdən qurtardıq. İman edənləri bax belə qurtararıq!

Hud/11:61 Səmuda da qardaşları Salehi... Dedi ki: "Ey xalqım, Allaha qulluq edin, Ondan başqa tanrı yoxdur. Sizi yerdən çıxarıb yaradan, sizi oraya yerləşdirən Odur. Elə isə Ondan bağışlanma diləyin və sonra Ona yönəlin. Şübhəsiz Rəbbim Yaxındır, Cavab verəndir.

Ənbiya/21:76 Daha öncə Nuh da Bizi çağırmışdı. Onu və ailəsini böyük sıxıntıdan qurtararaq duasına cavab verdik.
Ənbiya/21:77 Ayələrimizi inkar edən camaata qarşı onu dəstəklədik. Onlar, pis bir camaat olduqlarına görə hamısını boğduq.
Ənbiya/21:83 Əyyub da... Rəbbinə belə yalvarmışdı: "Mənə fəlakət üz verdi. Sən mərhəmətlilərin ən mərhəmətlisisən."
Ənbiya/21:84 Biz ona cavab verərək nə sıxıntısı varsa onu aradan qaldırdıq. Qatımızdan bir rəhmət, qulluq edənlərə bir xatırlatma olaraq ona, ailəsini və onların bir mislini verdik.

Duxan/44:17 Onlardan öncə Fironun xalqını sınamışdıq; Onlara şərəfli bir elçi getmişdi:
Duxan/44:18 "Ey Allahın qulları, mənə qulaq asın. Mən sizə göndərilmiş etibarlı bir elçiyəm."
Duxan/44:19 "Allaha qarşı təkəbbür göstərməyin. Mən sizə açıq-aşkar bir dəlillə gəlmişəm."
Duxan/44:20 "Sizin məni daşa basmanızdan, mənim Rəbbimə və sizin Rəbbinizə sığınıram."
Duxan/44:21 "Mənə inanmırsınızsa, heç olmasa məni yalnız buraxın."
Duxan/44:22 Və, "Bunlar günahkar bir topluluqdur," deyə Rəbbinə yalvardı.
Duxan/44:23 "Qullarımla gecə vaxtı yola çıx. Siz izlənirsiniz."
Duxan/44:24 "Dənizi yarılmış olaraq tərk et. Onlar boğulmağa məhkum bir ordudur."

Yusuf/12:33 (Yusuf:) "Rəbbim, həbsxana, onların məni çağırdığı şeydən daha yaxşıdır. Planlarını məndən dəf etməsən, onlara meyl edib cahillərdən olaram," dedi.
Yusuf/12:34 Rəbbi onun duasına cavab verdi və qadınların planlarını ondan dəf etdi. O, Eşidəndir, Biləndir!

Qasas/28:25 Çox keçmədən onlardan biri utana-utana onun yanına gəldi və dedi: "Atam, bizim üçün sulamağına qarşılıq olaraq sənə ücrət vermək istəyir." Onunla qarşılaşıb ona başına gələnləri danışınca o, "Qorxma! Zalım topluluqdan qurtulmusan," dedi.