Bəqərə - 2:187 Oruc gecələrində qadınlarınızla cinsi əlaqədə olmağınız sizə halal edildi. Onlar sizin (sirlərinizi gizləyən) örtükləriniz, siz də onların örtüklərisiniz. Allah, özünüzü aldadıb inandırdığınızı bildi, tövbənizi qəbul etdi və sizi bağışladı. Artıq Allahın sizin üçün müəyyən etdiyini diləyərək onlarla cinsi əlaqədə ola bilərsiniz. Şəfəqin ağ və qara ipliyini bir-birindən ayırd edincəyə qədər yeyin-için. Sonra gecəyə qədər orucu tamamlayın. Məscidlərdə etikafda olduğunuz zaman onlarla cinsi əlaqədə olmayın. Bunlar Allahın qoyduğu hüdudlardır; onları pozmayın! Allah, insanların qorunmaları üçün ayələrini bu cür açıqlayır.
Qorunmaqdan məqsəd nədir?
Bəqərə/2:103 Onlar iman edib günahlardan çəkinmiş olsaydılar, əlbəttə Allahdan alacaqları mükafat (onlar üçün) daha xeyirli olardı. Bir bilsəydilər!

Həşr/59:9 Onlardan öncə yurd və inanca sahib olanlar, onlara hicrət edənləri sevərlər və verdiklərindən ötrü içlərində bir narahatçılıq hiss etməzlər. Hətta özləri ehtiyac içində olsalar belə, onları özlərindən öndə tutarlar. Doğrusu, nəfslərinin xudbinliyindən qorunanlar qurtulanlardır.