Bəqərə - 2:189
Səndən ayın mərhələlərini (hilalı) soruşurlar. De ki o, insanlar və həcc ibadəti üçün bir vaxt ölçüsüdür. Yaxşılıq, sözü gəzdirmək deyildir, yaxşılıq ehtiyat etməkdir. Dürüst olun. Qurtuluşunuz üçün Allahı dinləyin.
Allah ədaləti əmr edir:
Nisa/4:135
Ey iman edənlər! Şahidliyiniz özünüzün, ananızın, atanızın və yaxınlarınızın əleyhinə olsa belə, Allah üçün şahidlik edərək ədaləti qoruyun. İstər zəngin, istər fəqir olsun, Allah hər iki qrupa da baxar. Elə isə, şəxsi maraq və duyğularınıza uyaraq tərəfkeş davranmayın. Gerçəyi dəyişsəniz və ya şahidlik etməkdən çəkinsəniz, bilin ki, Allah etdiklərinizi xəbər alır.
Maidə/5:8
Ey iman edənlər! Allah üçün ədaləti qoruyaraq şahidlik edin. Bir topluluğa olan kininiz sizi ədalətli davranmaqdan yayındırmasın. Ədalətli davranmaq daha ərdəmlidir. Allahı dinləyin. Allah etdiklərinizi xəbər alır.
Ənam/6:152
Yetkinlik çağına yetişincəyə qədər yetim malına yaxınlaşmayın. Ölçünü və çəkini doğru dürüst edin. Kimsəyə gücünün yetmədiyi şeyi yükləmərik. Danışdığınız zaman əqrəbanızın əleyhində olsa belə doğru olun. Allaha verdiyiniz sözü tutun. Bunlar, dərs alasınız deyə Onun sizə verdiyi öyüdlərdir.
Sad/38:26
Ey Davud, Biz səni yer üzündə rəhbər etdik. İnsanlar arasında ədalətlə hökm ver, həvəsinə və hisslərinə qapılma, sonra səni Allahın yolundan azdırar. Allahın yolundan azanlara, Hesab Gününü unutduqları üçün çətin bir cəza vardır.
Hucurat/49:9
İman edənlərdən iki qrup bir-birləri ilə savaşarlarsa, onların arasını barışdırın. Onlardan biri o birinə hücum edərsə, Allahın əmrinə dönüncəyə qədər hücum edən qrupla savaşın. Dönərsə, onların arasını tərəf tutmadan düzəldin və ədalətli davranın. Allah ədalətli davrananları sevər.
Mumtəhənə/60:8
Allah, din uğrunda sizinlə savaşmayan və sizi yurdunuzdan çıxartmayan kimsələrə yaxşılıq etmənizi və onlarla ədalətli davranmanızı qadağan etməz. Allah ədalətli davrananları sevər.
Nisa/4:2
Yetimlərin mallarını özlərinə verin və təmiz olanı pis olanla dəyişməyin. Mallarını öz mallarınıza qatıb yeməyin. Bu böyük bir ədalətsizlik olar.
Nisa/4:58
Allah əmanəti sahiblərinə verməyinizi, insanlar arasında hökm etdiyiniz zaman ədalətlə hökm etməyinizi əmr edər. Allah sizə necə də gözəl öyüd-nəsihət verir. Allah Eşidəndir, Görəndir.
Maidə/5:42
Yalana qulaq asır, qeyri-qanuni yoldan yeyirlər. Sənin yanına gələrlərsə, istəyirsən aralarında hökm ver, istəyirsən üz çevir. Onlardan üz çevirdiyin təqdirdə sənə heç bir zərər verə bilməzlər. Hökm verməli olsan, aralarında ədalətlə hökm ver. Allah ədalətli olanları sevər.
Əraf/7:29
De ki: "Rəbbim ədaləti əmr edər. Hər məsciddə (ibadət yerində) dini sadəcə Ona aid edərək Ona yalvarın. Sizi ilk yaratdığı kimi Ona dönəcəksiniz."
Hud/11:85
"Ey xalqım, ölçünü və çəkini ədalətlə tam yerinə yetirin. İnsanların haqqını əskiltməyin və yer üzündə pislik işləyərək fəsad törətməyin."
Nəhl/16:90
Allah ədaləti, yaxşılıq etməyi və əqrəbaya yardım etməyi əmr edər. Pislikdən, fənalıqdan və azğınlıqdan isə sizi çəkindirər. Öyüd almağınız üçün sizi bu cür aydınladır.
Şura/42:15
Sən buna dəvət et və sənə əmr edildiyi kimi ən doğru (şəkildə) tətbiq et. Onların arzularına uyma və de ki, "Allahın mənə nazil etdiyi kitaba iman etdim. Sizin aranızda ədalətlə davranmaqla əmr olundum. Allah bizim də Rəbbimiz, sizin də Rəbbinizdir. Bizim işlədiklərimiz bizə, sizin işlədikləriniz isə sizə aiddir. Bizimlə sizin aranızda heç bir mübahisə yoxdur. Bizi Allah bir araya gətirəcəkdir. Axırda dönüş Onadır.
Rahmən/55:9
Ölçünü ədalətlə qoruyun; ölçünü itirməyin.
Hədid/57:25
Elçilərimizi açıq-aşkar dəlillərlə göndərdik, onlarla birlikdə kitabı və qanunu nazil etdik ki, insanlar ədaləti qorusun. Böyük bir qüvvətə və insanlar üçün faydalara sahib olan dəmiri də nazil etdik ki, Allah Özünü və elçisini inancla dəstəkləyənləri ayırsın. Allah Güclüdür, Üstündür.
Talaq/65:2
(Gözləmə) müddətlərini tamamladıqları zaman, onları gözəl şəkildə saxlayın, yaxud gözəl şəkildə ayırın. İçinizdən ədalətli iki nəfəri də bu işə şahid tutun. Şahidliyi Allah üçün edin. Məhz bu, Allaha və axirət gününə iman edənlər üçün bir öyüddür. Kim Allahı saya salıb dinləyərsə, ona bir çıxış yolu yaradar.
Məaric/70:33
Olduğu kimi şahidlik edərlər;