Bəqərə - 2:189 Səndən ayın mərhələlərini (hilalı) soruşurlar. De ki o, insanlar və həcc ibadəti üçün bir vaxt ölçüsüdür. Yaxşılıq, sözü gəzdirmək deyildir, yaxşılıq ehtiyat etməkdir. Dürüst olun. Qurtuluşunuz üçün Allahı dinləyin.
Kimlər qurtulur?
Nəbə/78:36 Rəbbindən bir qarşılıq; hesablanmış bir ərməğandır.

Tovbə/9:72 Allah, iman edən kişilərə və iman edən qadınlara içindən çaylar axan, əbədi qalacaqları cənnətlər və Ədn cənnətlərində gözəl evlər söz vermişdir. Allahın razı olması isə hamısından daha böyük bir şeydir. Məhz ən böyük qurtuluş budur.

Saff/61:10 Ey iman edənlər, sizi ağrılı-acılı əzabdan qurtaracaq bir ticarəti sizə göstərimmi?
Saff/61:11 Allaha və elçisinə iman edirsiniz, Allahın yolunda canınız və paranızla (pulunuzla) səy göstərirsiniz. Bu sizin üçün ən yaxşısıdır, bir bilsəniz.
Saff/61:12 Günahlarınızı bağışlayar və sizi içindən çaylar axan bağçalara və Ədn bağçalarındakı saraylara daxil edər. Böyük uğur budur.

Şəms/91:8 Sonra da ona pisliyini və müttəqiliyini bildirənə and olsun ki;


Məryəm/19:68 Rəbbinə and olsun, onları və şeytanları toplayacağıq. Sonra onları cəhənnəmin ətrafına gətirəcəyik. Diz çökmüş halda...
Məryəm/19:69 Sonra hər qrupdan, Rəhmana qarşı azğınlıqda irəli gedənləri seçib-ayıracağıq.
Məryəm/19:70 Orada yanmağa ən çox kimin layiq olduğunu əlbəttə Biz daha yaxşı bilirik.
Məryəm/19:71 İçinizdən oraya gəlməyəcək (olan) yoxdur; bu, Rəbbinin gerçəkləşdirəcəyi qəti bir qərardır.
Məryəm/19:72 Sonra, müttəqiləri qurtaracağıq. Zalımları isə orada diz üstə buraxacağıq.

Maidə/5:90 Ey iman edənlər! Sərxoş edici maddələr, qumar, müqəddəs daş və ziyarətgahlar, şans oyunları şeytan əməli olan bir pislikdir. Bunlardan çəkinin ki, qurtulasınız.

Hədid/57:10 Sizə nə olur ki, Allah yolunda xərcləmirsiniz? Halbuki göylərin və yerin zənginlikləri Allahındır. Zəfərdən öncə xərcləyib savaşanlarınız, daha sonra xərcləyib savaşanlarla eyni olmazlar; onlardan daha üstündürlər. Allah hər birinə qurtuluşu söz vermişdir. Allah bütün etdiklərinizdən Xəbərdardır.

Həşr/59:9 Onlardan öncə yurd və inanca sahib olanlar, onlara hicrət edənləri sevərlər və verdiklərindən ötrü içlərində bir narahatçılıq hiss etməzlər. Hətta özləri ehtiyac içində olsalar belə, onları özlərindən öndə tutarlar. Doğrusu, nəfslərinin xudbinliyindən qorunanlar qurtulanlardır.

Zumər/39:61 Allah müttəqiləri uğurları ilə qurtarar. Onlara pislik toxunmaz və onlar üzülməzlər də.

Nəbə/78:35 Orada nə boş bir söz, nə də bir yalan eşidməzlər.