Bəqərə - 2:212
kafirlər üçün Dünya həyatı cəlbedicidir. Buna görə iman edənləri məsxərəyə qoyarlar. Halbuki müttəqilər Dirilmə Günü onlardan üstün olacaqdır. Allah istədiyinə hesabsız şəkildə nemətlər bəxş edər.
Dünya həyatının tərifi:
Kəhf/18:45
Onlara dünya həyatının örnəyi olaraq, göydən endirdiyimiz suyla qidalanan və sonra küləyin sovurduğu çör-çöpə dönən yer üzünün bitkisini ver. Allah hər şeyə Gücü Yetəndir.
Yunus/10:24
Dünya həyatı, eyni bu örnək kimidir; göydən endirdiyimiz su insanların və heyvanların yediyi bitkilərin quruluşuna qarışar. Bu durum, yer üzünün süslənib bəzəndiyi və xalqının da artıq təbiətə hakim olduqlarını sandıqları ana (vaxta) qədər sürər. Nəhayət gecə vaxtı və ya gündüz vaxtı ona əmrimiz gəlir. Sanki bir öncəki gün heç bir şeyə sahib deyilmiş kimi onu kökündən biçilmiş bir duruma salarıq. Düşünən bir camaat üçün ayələri bu cür açıqlayırıq.
Hədid/57:20
Bilin ki, dünya həyatı bir oyun, əyləncə, süs, aranızda öyünmək, para-pul və övlad çoxaltma yarışından ibarətdir. Bu, inkar edənlərin xoşuna gələn bir bitkini yetişdirən bir yağmura bənzəyir. Halbuki daha sonra o bitki quruyar, saralar və axırda çör-çöp olar. Axirətdə isə Allahdan çətin (şiddətli) bir əzab, bir bağışlanma və razılıq vardır. Dünya həyatı, aldadan, keçici bir zövqdən ibarətdir.
Ali İmran/3:14
Qadınları, uşaqları, yığın-yığın qızılı - gümüşü, təlim görmüş atları, mal-qaranı və əkin yerlərini sevmək kimi zövqlər insanlara cazibədar görünür. Bunlar, dünya həyatının nemətləridir. Halbuki gediləcək ən gözəl yer Allah qatındadır.
Ali İmran/3:185
Hər kəs ölümü dadacaqdır. Dirilmə günü mükafatlarınız sizə tam olaraq verilər. Kim atəşdən qurtarılıb cənnətə daxil olarsa, zəfər qazanmış olar. Dünya həyatı ancaq aldadıcı bir zövqdən ibarətdir.
Ənam/6:32
Dünya həyatı ancaq bir oyun və əyləncədir. Müttəqilər üçün axirət yurdu daha xeyirlidir. Düşünmürsünüz?
Tovbə/9:38
Ey iman edənlər, sizə nə oldu ki, "Allah yolunda hərəkətə keçin," deyildiyi zaman, yerə yapışıb qaldınız? Axirət yerinə bu dünya həyatınamı razı oldunuz? Dünya həyatının nemətləri axirət həyatına müqayisədə çox azdır.