Bəqərə - 2:213
İnsanlar tək bir topluluq idi. Allah peyğəmbərləri müjdələyici və xəbərdar edici olaraq göndərdi. Və ixtilafa düşdükləri mövzularda insanların arasında hökm etmələri üçün onlarla birlikdə gerçəyi əhatə edən kitabı nazil etdi. Halbuki kitab verilənlər onlara açıq-aydın dəlillər gəldikdən sonra aralarındakı qısqanclıqdan ötrü onun haqqında ixtilafa düşdülər. Fəqət Allah, izni ilə iman edənləri onların ixtilafa düşdüyü gerçəyə yetişdirdi. Allah istədiyini/istəyəni doğru yola yönəldir.
Müjdə nədir?
Bəqərə/2:25
İman edib müttəqi davrananları, içlərində çaylar axan cənnətlərlə (bağçalarla) müjdələ. Onlara oradakı məhsullardan ruzilər verildiyində "Bu, daha öncə bizə verilən nemətlərdir," deyərlər. Beləcə, onlara məcazi oxşarlar (bənzətmələr) verilər. Onlar üçün orada tərtəmiz əşlər vardır və onlar orada əbədi qalıcıdırlar.
Ya sin/36:11
Sən ancaq, mesaja tabe olan və yalnız başına ikən Rəhmana qarşı hörmətli olan bir kimsəni xəbərdar edə bilərsən. Onu bağışlanma və bol bir mükafatla müjdələ.
Yunus/10:2
Özlərindən bir adama: "İnsanları xəbərdar et və iman edənlərə Rəbləri qatında önəmli bir yerə sahib olduqlarını müjdələ," deyə vəhy etməmiz insanlara qəribəmi gəlir? İnkar edənlər, "Bu, açıq-aşkar bir sehrbazdır," dedilər.
Əhzab/33:47
İman edənərə, Allahın böyük bir lütfünə nail olacaqlarını müjdələ.
Tovbə/9:21
Rəbləri onlara, Özündən bir rəhmət, bir razılıq və içində əbədi nemətlərin olduğu cənnətləri müjdələyir.
Şura/42:22
Etdikləri işlər başlarına gələrkən zalımları təşviş içində görərsən. İman edib müttəqi davrananlar cənnətlərin bağçalarındadır. Onlar üçün Rəbləri qatında istədikləri hər şey vardır. Məhz bu, böyük lütfdür.
Şura/42:23
Allah, iman edib müttəqi davranan qullarını belə müjdələyir. De ki, "Mən sizdən, əqrəbalıq sevgisindən başqa hər hansısa bir ücrət istəmirəm." Kim bir yaxşılıq işləyərsə, onun yaxşılığını artırarıq. Allah Bağışlayandır, Təqdir Edəndir.
Hədid/57:12
İman edən kişilərin və qadınların nurlarının önlərindən və sağ yanlarından yayıldığını gördüyün gün, "Müjdə, bu gün davamlı olaraq qalacağınız, altlarından çaylar axan cənnətlər var. Bu, ən böyük zəfərdir."