Bəqərə - 2:220 Bu dünya və axirət haqqında... Səndən bir də kimsəsizlər haqqında soruşarlar. De ki: “Onları müttəqi şəxslər olaraq yetişdirməniz ən böyük yaxşılıqdır. Mallarını mallarınıza qatarsanız ailə üzvləriniz olarlar." Allah fəsad törədəni islah edəndən ayırd etməsini bilir. Allah istəsəydi sizi çətinliyə salardı. Allah Güclüdür, Hikmət Sahibidir.
Yetimlər ailə üzvlərinə çevrildikdə:
Əhzab/33:4 Allah heç bir kəsin içinə iki qəlb qoymamışdır. Ananıza bənzədərək özünüzə haram etdiyiniz zövcələrinizi analarınıza çevirməmiş, övladlığa götürdüklərinizi də öz övladlarınız etməmişdir. Bütün bunlar, ağzınızdan çıxan sözlərinizdən ibarətdir. Allah doğrunu söyləyir və O doğru yola yönəldir.
Əhzab/33:5 Onları, öz atalarıyla bağlarını kəsməyəcək şəkildə çağırın. Bu davranış, Allah qatında daha doğrudur. Atalarını bilmirsinizsə, o zaman onlar sizin din qardaşlarınızdır və ailənizin üzvləridir. Qəsdən etdikləriniz bir yana, yanılaraq etdiyiniz şeylərdə sizə bir cavabdehlik yoxdur. Allah Bağışlayandır, Rəhmlidir.