Bəqərə - 2:221 Ortaq qoşan qadınlar iman etmədikcə onlarla evlənməyin. İman edən bir xidmətçi qadın, ortaq qoşan bir qadından daha xeyirlidir; ondan xoşunuz gəlsə belə. Ortaq qoşan kişilərlə, iman edincəyə qədər qızlarınızı evləndirməyin. İman edən bir xidmətçi kişi ortaq qoşandan daha xeyirlidir, xoşunuz gəlsə belə... Onlar, atəşə çağırır. Allah isə cənnətə və bağışlanmağa çağırır və öyüd almaları üçün ayələrini insanlara açıqlayır.
Atəşə çağıranlar:
Ğafir/40:41 "Ey xalqım, nə üçün mən sizi qurtuluşa çağırarkən, siz məni atəşə çağırırsınız?"
Ğafir/40:42 "Siz məni Allaha qarşı nankor olmağa və haqqında bilgim olmayan şeyləri Ona ortaq qoşmağa çağırırsınız. Mən isə sizi O Üstün və Bağışlayıcı olana çağırıram."

Bəqərə/2:221 Ortaq qoşan qadınlar iman etmədikcə onlarla evlənməyin. İman edən bir xidmətçi qadın, ortaq qoşan bir qadından daha xeyirlidir; ondan xoşunuz gəlsə belə. Ortaq qoşan kişilərlə, iman edincəyə qədər qızlarınızı evləndirməyin. İman edən bir xidmətçi kişi ortaq qoşandan daha xeyirlidir, xoşunuz gəlsə belə... Onlar, atəşə çağırır. Allah isə cənnətə və bağışlanmağa çağırır və öyüd almaları üçün ayələrini insanlara açıqlayır.

Hud/11:97 Firon və onun əyanlarına... Ancaq onlar Fironun əmrinə tabe oldular. Fironun əmri isə ağıllıca (doğru yol göstərən) deyildi.
Hud/11:98 Dirilmə günündə xalqının önündə gedib onları atəşə soxacaqdır. Girdikləri yer necə də pis bir məkandır!

Qasas/28:38 Firon: "Ey əyanlar, mən sizin üçün məndən daha yaxşı bir tanrı tanımıram. Haman, Mənim üçün palçığın üzərində atəş qalayaraq kərpic hazırla və Musanın Tanrısına yetişə bilməyim üçün bir qüllə düzəlt. Mən onun yalançı olduğuna inanıram," dedi.
Qasas/28:39 O və ordusu yer üzündə haqsız yerə təkəbbür göstərdi və Bizim hüzurumuza dönməyəcəklərini sandılar.
Qasas/28:40 Onu və əsgərlərini yaxalayıb dənizə atdıq. Zalımların aqibətinə diqqətlə bax.
Qasas/28:41 Onları, atəşə çağıran öndərlər etdik; dirilmə günündə də yardım görməzlər.

Loğman/31:21 Onlara: "Allahın nazil etdiyinə tabe olun," deyildiyi zaman, "Yox, biz atalarımızı üzərində gördüyümüz yolu izləyərik," deyərlər.  Şeytan onları alovlu atəşin əzabına çağırmış olsa da?

Fatir/35:5 Ey insanlar! Allahın sözü gerçəkdir; Dünya həyatı sizi aldatmasın. Aldadıcı, sizi Allah haqqında aldatmasın.
Fatir/35:6 Şeytan sizin düşməninizdir, siz də onu düşmən sayın. O partiyasını (öz tərəfdarlarını) sadəcə cəhənnəm əhli olmağa çağırır.