Bəqərə - 2:221 Ortaq qoşan qadınlar iman etmədikcə onlarla evlənməyin. İman edən bir xidmətçi qadın, ortaq qoşan bir qadından daha xeyirlidir; ondan xoşunuz gəlsə belə. Ortaq qoşan kişilərlə, iman edincəyə qədər qızlarınızı evləndirməyin. İman edən bir xidmətçi kişi ortaq qoşandan daha xeyirlidir, xoşunuz gəlsə belə... Onlar, atəşə çağırır. Allah isə cənnətə və bağışlanmağa çağırır və öyüd almaları üçün ayələrini insanlara açıqlayır.
Allah nə üçün ortaq qoşanlarla evlənməyi qadağan edər?
Nisa/4:116 Allah Özünə ortaq qoşulmasını bağışlamaz; bundan başqasını istədiyinə bağışlayar. Kim Allaha ortaq qoşarsa, tamamilə azmış olar.
Nisa/4:48 Allah Özünə ortaq qoşulmasını bağışlamaz; bundan başqasını istədiyinə bağışlayar. Kim Allaha ortaq qoşarsa, çox böyük bir həqarət etmiş olar.

Loğman/31:13 Loğman oğluna öyüd verərkən bunu  demişdi: "Əziz oğlum, Allaha ortaq qoşma, şübhəsiz şirk (Tanrıya ortaq qoşmaq) böyük bir zülmdür."

Maidə/5:72 "Allah Məryəm oğlu Məsihdir," – deyənlər əlbəttə inkar etmişdir. Halbuki Məsih, “İsrail oğulları! Mənim də, sizin də Rəbbiniz olan Allaha qul olun!" demişdi. Kim Allaha ortaq qoşarsa, Allah ona Cənnəti qadağan edər, yeri də atəş olar. Zalımlar üçün yardımçı da tapılmaz.

Nur/24:26 Pis qadınlar pis kişilər üçün, pis kişilər isə pis qadınlar üçündür. Yaxşı qadınlar yaxşı kişilər üçün və yaxşı kişilər də yaxşı qadınlar üçündür. Bunlar (ikinci qrup), onların söylədiklərindən uzaqdır. Bağışlanmağa və bol nemətə layiqdirlər.

Mumtəhənə/60:10 Ey iman edənlər, iman edən mühacir qadınlar sizə sığındığında onları sorğu-sual edin. Allah onların inanclarını çox yaxşı bilir. İnanclı olduqlarını anlasanız, onları kafirlərə geri göndərməyin. Nə bunlar o inkar edənlərə halaldır, nə də onlar bunlara halaldır. İnkar edənlərin xərclədiyi mehrlərini onlara geri verin. Mehrlərini ödədiyiniz təqdirdə bunlarla evlənmənizdə məhzur yoxdur. İnkar edən qadınları öhdəliyinizdə saxlamayın. Onlara xərclədiyiniz mehrlərinizi istəyə bilərsiniz, onlar da verdikləri mehrlərini istəyə bilərlər. Bu, Allahın hökmüdür. O aranızda hökm verir. Allah Biləndir, Hikmət Sahibidir.